AZƏrbaycanşÜnasliğIN

Вид материалаДокументы

Содержание


Азербайджановедческий аспект в обучении
İkidilli və çoxdilli terminoloji tərcümə lüğətləri və onlarin tərtibi üsullari
Danişiqlarin aparilmasinda azərbaycanşünasliğin rolu
Подобный материал:
1   ...   61   62   63   64   65   66   67   68   69

Тагиева Эллада


АЗЕРБАЙДЖАНОВЕДЧЕСКИЙ АСПЕКТ В ОБУЧЕНИИ

НА БАЗЕ КОНЦЕПТА «СПОРТ»


Сегодня в век высоких технологий, глобализации, информационной интеграции, изучение культурного наследия имеет особое значение. В ходе исторического развития азербайджанский народ создал самобытную материальную, духовную, физическую культуру, внес существенный вклад в сокровищницу мировой культуры. 9 ноября 2001 года на I съезде азербайджанцев мира общенациональный лидер Гейдар Алиев изложил сущность национальной политики: «Основной идеей независимого Азербайджана является азербайджанство. Каждый азербайджанец должен гордится своей национальной принадлежностью. Мы должны развивать азербайджанство – язык, культуру, национально-духовные ценности, обычаи и традиции Азербайджана». Несомненно, это образное, эмоциональное высказывание должно стать незаменимой программой учебно-воспитательной деятельности. Формирование личности – носителя национальной идеи, национальных традиций, обычаев, национальной психологии – чрезвычайно актуально.

В Азербайджане спорт – одна из распространенных сфер социальной деятельности. В концепте «спорт» отражается культура народа. Концепт (от лат.conceptus – «понятие») – «пучок представлений, понятий, знаний, ассоциаций, переживаний, который сопровождает слово и выражаемое им понятие» (В.А.Маслова. Современные направления в лингвистике: уч.пособие для студентов высших учебных заведений. –М.: «Академия», 2008, с.104).

Лексема спорт (от англ. sport – «игра, развлечение») понимается следующим образом: «составная часть физической культуры, представляющая собой комплексы физических упражнений для развития и укрепления организма человека, соревнования по таким комплексам. Среди видов спорта: индивидуальные, командные, спортивные игры, спортивные единоборства и т.д. По сфере распространения, исторической специфике можно выделить 2 основные группы видов спорта: национальные и международные». (С.П.Павлов. Олимпийская энциклопедия. -М., 1980, с.340).

К началу XXI века в концепте «спорт» закрепляются новые концептуальные признаки, которые значительно увеличили объем этого понятия. Основное понятийное ядро концепта – добиться высшего спортивного результата на международных соревнованиях, Олимпийских играх – получает дополнительный признак: добиться высшего спортивного результата для самоутверждения и получения максимально высокой оплаты труда, материального благополучия.

Рассмотрим некоторые пути реализации азербайджановедческого аспекта в обучении РКИ на базе концепта «спорт». Формирование контекста азербайджанской культуры осуществляется нами путем включения в содержание занятий:
  1. высказываний азербайджанских ученых, писателей, государственных и спортивных деятелей об азербайджанском языке, азербайджанстве, физической культуре и спорте.
  2. текста «Спорт в Азербайджане», заданий с национально-профессиональ­ным компонентом.

Именно в азербайджановедческом аспекте целесообразно обучение и физическое воспитание современной молодежи.


Tağızadə Nuriyyə

İKİDİLLİ VƏ ÇOXDİLLİ TERMİNOLOJİ TƏRCÜMƏ LÜĞƏTLƏRİ VƏ ONLARIN TƏRTİBİ ÜSULLARI


Çoxdilli tərcümə lüğətləri bir xalqın deyil, bir neçə xalqın dilini, leksika­sı­nı, lüğət tərkibini oxucuya nümayiş etdirməklə müxtəlif sistemli dilləri, bəzən də eyni dil ailəsinə mənsub olan qohum dilləri müqaiysəli şəkildə öyrənilmə­si­nə və onlardan istifadə edilməsinə imkan verir. Hər bir mütəxəssisin gündəlik həyatında rast gəldiyi elmi-texniki yenilikləri, məişətdə meydana çıxan aparat və avadanlıqların adlarını başqa dillərdə öyrənmək üçün ikidilli və yaxud çoxdilli lüğətlərdən istifadə edirlər.

İkidilli, çoxdilli və tərcümə lüğətləri haqqında akademik V.A.Şerba «Rusca-Fransızca lüğət»in ikinci nəşrinin giriş məqaləsində yazır: «Bizə hansı lüğət lazım olacaqdır? Hər şeydən əvvəl tamamilə aydındır ki, hər bir iki dil üçün iki izah edən əcnəbi milli lüğətin, yəni rusların rus dilində, əcnəbilərə isə öz dilində izah edən lüğət lazmdır. Belə lüğətlər əcnəbi kitabları oxu­mağa və başa düşməyə və əcnəbi sözlərin əsl fizionomiyası ilə tanış olmağa imkan verəcəkdir».

Çoxdilli lüğətlər xarici dilləri daha geniş başa düşmək, ana dili ilə müqa­yisə etmək, tutuş­dur­maq vasitəsidir. Bu lüğətlərin sözlüyü praktik cəhətdən zəruri olan sözlər əsasında təşkil olunur.

Çoxdilli tərcümə lüğətlərinin sözlüyünə praktik cəhətdən zəruri olan sözlər daxil edilir və onlar çox müxtəlif üslublarda işlədilən sözlər əsasında təşkil edilir. İkidilli və çoxdilli terminoloji lüğətlərdə sözlərin spesifik mənası izah edilməklə yanaşı, onları qarşılaşdırılan dillərin ekvivalent sözləri ilə düzgün əks etdirilir. Bu tip lüğətlərin tərtibində ən çətin problem ana dilinin sözlərini başqa dildə və yaxud əksinə, əcnəbi dilin sözlərinin ana dilində dəqiq qarşılığını tapmaqdır. Çoxdilli tərcümə lüğətlərində problemlərdən biri də tərcümə olunan sözün ana dilində sinonim növlərini tapmaqdır. Əcnəbi dildən ana dilinə tərcümə olunan sözün tapılıb verilməsi lüğət tərtibçilərindən böyük ustalıq, gərgin iş və zəhmət tələb edir.

Çoxdilli lüğətlərin tərtib edilməsi hər hansı bir hazır elementi ifadə edən sözlərin mexaniki olaraq qarşılığının verilməsi deyil, həmçinin, onların elmi xarakter daşımasıdır.

Çoxdilli terminoloji lüğətlərdə hər hansı bir sözün bütün məna incəlikləri nəzərə alınır, ana və əcnəbi dillərdə sinonimləri verilir və oxucu onları başqa dillərlə müqaiysə edib tutuşdurur.

Bu növ lüğətlərin giriş hissəsində və bəzi lüğətlərin sonluqlarında onların tərtibedilmə prinsipləri göstərilir. Belə ki, həmin lüğətlərdən istifadə qaydaları, qrammatik əlavələr, hal­lanma və dəyişməyə aid cədvəllər və həmçinin, sözün leksik mənası və cümlələrdə işlədilməsi izah olunur. Çoxdilli tərcümə lüğətlərində sözün əsas mənasında başqa ikinci dərəcəyə malik mənası verilir ki, bu da oxucuya hərtərəfli düşünməyə imkan verir. Bu növ lüğətlərin izahlı lüğətlərdən fərqi ondadır ki, onlar dili başqa dillərlə müqaiysəli şəkildə öyrədir.

Çoxdilli terminoloji lüğətlərin tərtib olunması prinsiplərində aşağıdakı qaydalar müəyyən edilir:

- bütün dillərdə sözlərin düzgün oxunma, orfoepiya qaydaları gözləniməsi;

- sözlərin və terminlərin fonetik qanunauyğunluqlarının düzgün veril­məsi;

- söz və terminlər haqqında qrammatik minimum verilməsi;

- xarici dildə verilmiş sözlərin ana dilində qarşılığını tez tapmaq üçün əlifba üsulundan düzgün istifadə edilməsi;

- istər ana dilində, istərsə də əcnəbi dillərdə sözlərin sinonimlərinin çoxşaxəli verilməsi;

- ana dilində qarşılığı olmayan sözlərin çoxsözlü terminlər şəklində açılması və oxucuya həmin sözün mənasının başa salınması.

Çoxdilli terminoloji lüğətlərin çatışmamazlığından danışsaq, onu qeyd edə bilərik ki, bəzi ter­minlərin mənaları dəqiqləşdirilməmiş və başqa dillərdə onların analoqu düzgün verilmə­miş­dir. Həmçinin, bəzi sözlərin çoxmənalılığı nəzərə alınmamışdır. Əslində isə çoxdilli terminoloji lüğətlər ensiklopedik və ya izahlı lüğətlər kimi həqiqi, ətrfalı bilik vermir, ancaq o mətndə olan əcnəbi sözlərin mənasını oxucuya anlatmaqda yardımçı olur.

Azərbaycan dilçiliyində işlədilən tərcümə lüğətləri ikidilli, üçdilli və çoxdilli olurlar.

Çoxdilli tərcümə lüğətləri haqqında N.Ə.Həsənov yazmışdır: «Çoxdilli tərcümə lüğət­lərin­də hər cür sözün mənasının ekvivalenti deyil, onların işlədilmə eyniliyi yoxlanılır». Dilimizdə iş­lə­nən tərcümə lüğətlərində ən çox yayılmış ikidilli və çoxdilli tərcümə lüğətləridir.

Çoxdilli tərcümə lüğətlərinin əsas məqsədi sözün bütün dillərdə düzgün və dəqiq ekviva­lent­lərinin verilməsi, imkan daxilində sinonimlərin daha çox sayının artırılması və mənadan ya­yın­manın minimuma endirilməsidir.

«Elektrik intiqalı və sənaye qurğularının avtomatlaşdırılması terminləri lüğəti» Azərbaycan Respublikası Elmlər Akademiyasının 1966-cı ildə EA-nın müxbir üzvü, professor Azad Əfən­di­za­də tərəfindən nəşr edilmiş və sözlük 4500 termindən ibarətdir.

Azərbaycanca-rusca-ingiliscə nəşr olunan bu çoxdilli sözlüyün bütün termin­ləri nöm­rə­lən­miş və hər üç dildə əlifba sırası ilə düzülmüşdür. Oxuculara təqdim edilən «Elektrik intiqalı və səna­ye qurğularının avtomatlaşdırılması terminləri lüğəti» adından göründüyü kimi avtomatlaşdı­rıl­mış elektrik intiqa­lının idarə olunması və tənziminə, sənaye qurğularının avtomatlaşdırıl­ma­sına həsr edilmiş elmi-texniki ədəbiyyatda təsadüf olunan əsas terminləri əhatə edir. Bundan başqa, lüğətə avtomatlaşdırılmış elektrik intiqalı ədəbiyyatında rast gəlinən hesablama texnikası, elektrik maşınları, nəzəri elektronika, riyaziyyat, elektronika və yarımkeçiricilər texnikası terminləri də daxil edilmişdir. Azərbaycan sözləri ilə başlanan lüğətin rus və ingilis dillərində qarşılıqları verilmişdir. Hər üç dildə yazılmış ədəbiyyatdan istifadə etmək üçün kitabın sonunda həm rus, həm də ingiliscə terminlər əlifba sırası ilə verilmişdir. Əlifba sırası ilə düzülmüş istər rus, istərsə də ingiliscə terminlərin azərbaycan dilində qarşılığını, terminin sıra nömrəsinə əsasən təyin etmək olar. Beləliklə, bu üç dilli lüğət hər üç dildə – azərbaycan, ingilis və rus dil­lə­rin­də olan texniki ədəbiyyatdan istifadə etməyə kömək edə bilər. Həmçinin, baş­qa lüğətlərdən fərqli olaraq bu lüğətdə ingilis dilində verilmiş terminləri üçün çox vaxt çətinlik törədən ingilis dilinin transkripsiyası da verilmiş və Azərbaycan dilinin texniki terminologiyasına töhfə olunmuş bu çoxdilli lü­ğə­tin həmin sahədə işləyən mütəxəssislərin masaüstü kitabı olması təqdirəlayiqdir.

Başqa çoxdilli lüğətlərdə olduğu kimi, bu lüğətdə də terminlər öz quruluşu etibarilə 4 növə bölünür:

1. Təktərkibli, bir kökdən ibarət tam müstəqil terminlər;

məsələn, arqument – arqument - аргумент

avtomatika – automatic – aвтоматика

akseptor – acceptor – аксептор və s.

2. Mürəkkəb tərkibli, iki sözdən ibarət mürəkkəb tərkibli texniki terminlər;

məsələn, avtopilot – autopilot - автопилот

avtorezonans – autoresonance – авторезонанс

bloksxem – block diagram – блоксхема və s.

Bəzi hallarda mürəkkəb tərkibli terminin birinci və ya ikinci tərəfi Azərbaycan dilinə məxsus olur.

məsələn, avtorəqslər – автоколебания – systained vibration

anod-tor – анод сеточная – griel plate

verici selsin – селсий датчик – synohrono-transmitter.

3. Söz birləşməsi şəklində işlənən söz və terminlər. Qeyd etmək lazımdır ki, lüğətdə işlənən terminlərin bu növü ən çox yayılmış və ən çox istifadə olunandır. Bu növ texniki terminlər mənşəcə 3 növə bölünür:

a) birinci tərəfi ana dilinə, ikinci tərəfi isə Avropa dillərindən birinə məxsus terminlər. Məsələn, açıq elektronlar, açıq sistem, açılış sxemi və s.

b) birinci tərəfi Avropa dillərinə, ikinci tərəfi isə ana dilinə məxsus söz birləşməsi şək­lində işlənən texniki terminlər. Məsələn, amplitud əyrisi, anod dövrəsi, baza kəmiyyəti və s.;

c) hər iki tərəfi Avropa dillərinə məxsus texniki terminlər. Məsələn, anoloji model, balans sxemi, dizel elektrik, dinamik sistem və s.

4. Tərkibi üç və ya daha çox olan çoxkomponentli texniki terminlər. Məsələn, analitik tədqiq metodu – аналитический метод исследования – analytical research method.


Talıbova Şəlalə


DANIŞIQLARIN APARILMASINDA AZƏRBAYCANŞÜNASLIĞIN ROLU


Hər bir xalqın ən böyük əsəri onun yaratdığı müstəqil dövlətidir. Azərbaycan xalqının, millətinin də ən böyük əsəri onun dövləti, uzun bir tarixə malik olan Azərbaycan Respublikasıdır. Tarixi inkişaf prosesində bir çox çətinliklərin öhdəsindən gəlmiş və bu yolda ən böyük uğurlar və addımlar məhz ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində olmuşdur.

Azərbaycana aid hər nə varsa eyni zamanda azərbaycanşünaslığa da aiddir. Belə ki, Bakı Slavyan Universitetində fəaliyyət göstərən Azərbaycanşünaslıq mərkəzi, azərbaycan dilinin tədrisi, yaranması və inkişafı dövrü ilə bərabər onun siyasətini, tarixini də araşdırır. Buradan da belə bir nəticəyə gəlmək olar ki, Azərbaycanın hal-hazırda aktual olan problemləri həmçinin azərbaycanşünaslığın da problemləri sayılır. Azərbaycanşünaslıq haqqında geniş məlumat əsasən Nizami Cəfərovun “Azərbaycanşünaslığın əsasları” kitabında verilmişdir. Kitabda Azərbaycan xalqının türkləşməsindən, təşəkkülündən, Azərbaycan türkcəsinin formalaşmasından, İslam dininin Azərbaycanda yayılması və problerindən bəhs edən müəllif dilin əhəmiyyətini xüsusi olaraq qeyd etmişdir: “Hər bir mədəni xalqın qarşısında ana dilinə münasibətdə biri digəri ilə bağlı olan iki tarixi vəzifə dayanır; bunlardan biri ana dilini qorumaq, ikincisi isə onu müasir tələblərə uyğun olaraq inkişaf etdirməkdir [1; 130]”. Nəinki öz dilini, həmçinin də öz tarixini yaxşı bilən, ona dərindən bələd olan xalq özünü yaxşı dərk edir, özünü, öz mövqeyini düzgün qiymətləndirir. Azərbaycan xalqının hal-hazırda ən öndə gedən problemi işğal altında olan torpaqlarının geri qaytarılmasıdır. Məhz azərbaycanşünaslığın əsas problemlərindən biri də bu olmalıdır. Problemin həllində əsas vasitə isə diplomatiya olmalıdır.

Diplomatiyanın əsasını “qəlbini” danışıqlar təşkil edir və bütün diplomatik münasibətlər onun əsasında qurulur. C.Uebsterin dediyi kimi varımı talan edin, bircə dilimə toxunmayın, çox keçməz yenə hər şeyi özümə qaytararam. Bir çox nailiyyətlər məhz danışıqlar vasitəsilə əldə edilir. İngilis dramaturqu L.Pirsonun danışıqlar haqqında olan bu fikri maraq doğurur: “Danışıqların məqsəd və forması mahiyyətinə görə gücümüzün hərbi qüdrət qədər mühüm elementidir. Biz çox vaxt bunu unuduruq. Diplomatiyadakı və siyasətdəki səhvləri dəmir, məxmər və ya söz pərdəsi arxasında elə gizlətmək olar ki, bu səhvlərin mənfi təsiri uzun müddət nəzərə çarpmasın. Müxtəlif dövlətlərin görkəmli xadimləri tərəfindən ictimaiyyətin gözü qarşısında keçən danışıqları elə aparmaq lazımdır ki, uğursuzluğa imkanı olmasın [3; 9]”. Söz danışıqdan keçər. Burada sözün qüdrəti xüsusi olaraq qeyd olunur. Şah İsmayıl Xətaiyinin dediyi kimi söz vardır kəsdirər başı, söz vardır kəsər savaşı. Danışıqlar zamanı sözü diqqətlə seçmək, hər kəlməyə xüsusi olaraq fikir vermək lazımdır. Bu zaman sözün insanlar tərəfindən necə qəbul edilməsi də əhəmiyyətlidir. Bəzən sözü onun sinonimi ilə əvəz etməklə insan qeyri-dəqiqliyə də yol verə bilər. Buna misal olaraq Fransanın keçmiş prezidenti Jak Şirakın Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ münaqişəsi haqda dediklərini göstərmək olar. Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti beynəlxalq aləmə, o cümlədən ATƏT-in Minsk qrupuna həmsədrlik edən Fransaya və şəxsən prezident Jak Şiraka da yaxşı məlum olmasına baxmayaraq öz çıxışında o, iki qonşu dövlət arasında uzun illər “mübahisə” davam etdiyini dəfələrlə jurnalistlərlə müsahibələrində xüsusi vurğulamışdır. Beynəlxalq münasibətlər və beynəlxalq hüquq mütəxəssislərinin bu məsələyə biganəliyi yalnız təəssüf doğurur. Çünki “beynəlxalq mübahisə” və “beynəlxalq münaqişə” terminləri prezidentin ifadəsinda bilərəkdən qarışdırılmışdır, qeyri-dəqiqliyə yol verilmişdir [4; 22].

Bununla belə,danışıqlar zamanı ünsiyyət çətinlikləri ilə rastlaşırıq. Psixologiya kitabında göstərilən “səmərəli ünsiyyət qaydalarından [2; 147]” istifadə etmək düzgün olardı. Mütəxəssislər bu cür qaydalara aşağıdakıları aid edirlər:
  1. Öz çıxışına başlamazdan əvvəl dinləyicilərə nələri çatdırmaq istədiyini bildirmək, başqa sözlə öz ideyalarını aydınlaşdırmaq zəruridir.
  2. Qısa cümlələrlə (5-9 sözdən ibarət) danışmağa çalışın. Bu cür cümlələr qavrama və anlama üçün daha çox səmərəlidir.
  3. Səsinizin daha çox ifadəli olmasına çalışın.
  4. Öz nitqinizdə fasilələrdən istifadə edin.
  5. Öz nitqinizdə aydın olmayan, ikimənalı ifadələrdən eləcə də professionallıqdan qaçmağa çalışın.
  6. Həmsöhbətinizin qeyri-verbal siqnallarına (mimika və jestlər və s) nəzər salın.
  7. Kateqoriyalılıqdan qaçmağa çalışın. Nəzərə alın ki sizin fikriniz yanlış ola bilər.
  8. Ünsiyyət yeri və vaxtını düzgün seçin.
  9. Daima öz nöqteyi-nəzərinizi dəyişdirməyə hazır olun.
  10. Səmərəli dinləmə qaydasına əməl edin. Bu qaydalar aşağıdakılardan ibarətdir:
  11. Həmsöhbətinizin sözünü kəsməyin.
  12. Həmsöhbətinizə qarşı diqqətli olun.
  13. Tələsik nəticə çıxartmayın.
  14. Həmsöhbətinizin ifadəsinə sakit reaksiya verin.
  15. Diqqətinizi yayındırmayın.
  16. Təfəkkür tempinizi nitqə uyğunlaşdırın.
  17. Həmsöhbətinizlə əks əlaqə yaratmağa çalışın [2; 147].

Psixologiyada verilən “səmərəli ünsiyyət qaydaları” söhbətinin alınmasına və xoş keçməsinə çalışan hər bir insana aiddir. Lakin diplomatlar bu qaydalara daha ciddi əməl etməyə çalışırlar. Çünki onlar ölkə rəhbərləri, böyük iş adamları və digər mühüm şəxslərlə münasibət qururlar. Onların bu ünsiyyətdən səmərəli istifadə etmələri həm özlərinə, həm təmsil etdiyi dövlətlərinə, həm də karyeralarında özlərinə uğur qazandıra bilər. Bundan əlavə diplomat ətrafa düzgün qiymət vermək, təhlil etmək, deyiləni tez anlamaq, hər bir xırda şeyə diqqət etmək, tez reaksiya vermək, özünü, öz hisslərini idarə etmək bacarığına malik olmalı; sirr saxlamağı bacarmalı; nəzakətli olmalı; görüşə hazırlaşmaq üçün müsahibi haqqında əvvəlcədən maraqlanmalı; söhbətin mövzusuna qabaqcadan hazırlaşmalı; hər bir söhbətdən nəticə çıxarmali; işgüzar görüşə hazırlaşarkən öz mövqeyini dəqiqləşdirməli; söhbət müddəti eyni tonu saxlamalı; yoxlanmamış fakta, kiminsə sözü və ya sitatı və yaxud da materiala istinad etməməli; müsahibin sözünü kəsmədən, bitirənə qədər dinləməli; müsahibi cavabdan qaçırsa üzərinə getməməli, inad etməməlidir.

Diplomatik danışıqların hansı dildə aparılmasında da fərqlər özünü büruzə verir. Diplomatlar malik olduqları xüsusiyyətlərlə yanaşı bir neçə xarici dildə danışmağı bacarmalıdırlar. Lakin hər hansı bir dildə danışmazdan öncə ilk növbədə ana dilinə mükəmməl yiyələnməlidirlər. Yəni azərbaycanlı diplomatlar Azərbaycan dilini yüksək səviyyədə bilməlidirlər. Psixoloji tədqiqatlardan məlum olduğu kimi, ana dili həmişə ikinci dil faktlarını mənimsəmək üçün əsas, ikinci dildə hadisələrin mahiyyətini anlamaq üçün özünəməxsus açar rolunu oynayır [2; 94].

Diplomatik xidmət zamanı səfirlər adətən müxtəlif mərasimlər təşkil edirlər. Bu mərasimlərdən insanlar ilə görüşmək, qonaqpərvərliklərini nümayiş etdirmək, işgüzar söhbətlər üçün xoş şərait yaratmaq vasitəsi kimi də istifadə edilir. Platonun dediyi kimi – “yaxşı başlanğıc işin yarısı deməkdir”. Görüşün uğurlu alınmasında əlbəttə ki, ünsiyyətin böyük rolu vardır. Lakin ilk görüş nəticəni əldə etmək üçün yararlı sayılmır. Xüsusilə də ilk dəfə tanış olduğun şəxsdən məlumat əldə etməyə çalışmaq (ünsiyyətin kommunikativ tərəfi) nəzakətsizlik və ehtiyatsızlıq olar. Ünsiyyətə girərkən nitqin əvvəlində həmsöhbətdə maraq oyatmağa çalışmaq, maraqlı faktlarla, aforizm və nümunələrlə onun diqqətini cəlb etmək və onunla müzakirəni davam etmək üçün yenidən görüşmək üçün vaxt təyin etmək uğurlu nəticə verə bilər. İlk söhbətdə yaranan təəssürat yaddaşa daha yaxşı həkk olunur, məhz buna görə də olduqca xoş təsir bağışlamağa cəhd göstərmək lazımdır (ünsiyyətin interaktiv tərəfi). Bundan əlavə həmsöhbətin necə insan olduğunu da əvvəlcədən müəyyənləşdirməli, yəni onun psixologiyasını anlamağa çalışmaq lazımdır ki, bu da söhbətin alınmasına kömək edə bilər. Bunun üçün onu kənardan bir müddət müşahidə etmək, ətrafındakı insanlardan və yaxınlarından onun haqqında məlumat toplamaq olar. Peşəkar diplomatlar isə bir çox fərqli xüsusiyyətlərə malik insanlar ilə daima ünsiyyətdə olduqlarından, onlar ilk tanış olduqları insanın psixologiyasını qısa ünsiyyətdən sonra da müəyyənləşdirə bilirlər (ünsiyyətin perseptiv tərəfi).

Azərbaycanlı diplomatlar xüsusilə də yerləşmə ölkəsinin dilinə mükəmməl yiyələnməlidir ki, danışıqlar zamanı, insanlarla ünsiyyətində, informasiya mübadiləsində çətinlikləri aradan qaldıra bilsin. Bundan əlavə diplomatlar adətən sadə şəkildə “yox” deyərək etirazlarını bildirmirlər və daha nəzakətli sözlərdən istifadə edirlər. Onlar etirazlarını “mən bunun əksini düşünürəm” və yaxud “mən belə düşünmürəm” və yaxud “mənə elə gəlir ki, bunu bir daha götür-qoy etsək daha yaxşı olar” deməklə etirazlarını bildirirlər. Bu sözləri işlətməklə qarşı tərəfi incitməməyə çalışırlar və eyni zamanda vaxt qazanırlar. Lakin “Diplomatiyanın psixologiyası” kitabında ingilis diplomatlarının nəzakətli etirazları belə ifadə olunur – diplomat təklifə “ola bilər” (“maybe”) deyərək cavab verə bilər ki, bu da “yox” (“no”) kimi başa düşülür [6; 15]. Halbuki, azərbaycan dilində “ola bilər” – qeyri-dəqiq cavab olsa da daha çox müsbət məna daşıyır, razılıq əlaməti kimi başa düşülür. Rus dilində nəzakətli etiraz forması isə: “Biz bu söhbətə mütləq qayıdacağıq” və ya “Mən hər şeyi yenidən əsaslı şəkildə düşünməliyəm [5; 545]”.

Azərbaycanşünaslığın qarşısında duran əsas məsələlərdən biri də öz xalqına öz ana dilini mükəmməl mənimsəməsinə kömək etməkdir. Dilinə, dininə və adət-ənənələrinə hörmət edən və onu qoruyub-saxlayan xalq hər zaman öz mövcudluğunu da qoruyub-saxlamaq iqtidarında olacaqdır.


ƏDƏBİYAT
  1. Cəfərov N. “Azərbaycanşünaslığın əsasları”. – Bakı: Pedaqogika, 2005. – 256 səh.
  2. Psixologiya. Prof. S.İ.Seyidov və prof. M.Ə.Həmzəyevin elmi redaktorluğu ilə. Bakı, “Nurlan” – 2007. - 700 səh.
  3. Sadıxov Fikrət Diplomatiya və diplomatik xidmət, Bakı 1993. - 116 səh.
  4. Vəliyulla Cəfərov Diplomatik etiket və ünsiyyət, Bakı 2003. - 124 səh.
  5. Информация. Дипломатия. Психология. Дипломатическая академия России – Москва - издательство “Известие” – 2002. - 616 c
  6. Harvey J.Langholtz & Chris E.Stout The Psychology of Diplomacy, (psychological dimensions to war and peace), USA (2004). - 276 p