AZƏrbaycanşÜnasliğIN

Вид материалаДокументы

Содержание


Azərbaycan-iran münasibətləri
«kitabi - dədə qorqud:» müqəddimə performativ akt kimi
Подобный материал:
1   ...   53   54   55   56   57   58   59   60   ...   69

ƏDƏBİYYAT
  1. A.Axundov. Bir neçə söz – N.Xudiyev. Heydər Əliyev və Azərbaycan dili, Bakı, 1997.
  2. Cəfərov N. Seçilmiş əsərləri, Bakı, I c., 2007.
  3. Dəmirçizadə Ə. Azərbaycan ədəbi dilinin tarixi. Bakı, 1979.
  4. Дешериев Ю.Д. Социальная лингвистика, М., 1977.
  5. Xudiyev N. Heydər Əliyev və Azərbaycan dili, Bakı, 1997.



РЕЗЮМЕ

В статье рассказывается о языковой политике и языковом строении. Также говорится что, общество должно заботится о языке. Если язык умрет, то общество тоже погибнет. Для этого мы должны сделать все возможное для развития языка.


SUMMARY

The article is considered about language policy and language building. It is shown that the society must take care of the language. If the language died, the society died, too. So we must do all the best for the development of the language.


Ruintən Kəmalə


AZƏRBAYCAN-İRAN MÜNASİBƏTLƏRİ

VƏ DAĞLIQ QARABAĞ PROBLEMİ


Azərbaycan regionda sülhün və sabitliyin qorunub saxlanılması üçün regional əməkdaşlığı vacib hesab edir və məlum səbəblərə görə Ermənistan istisna olmaqla bütün qonşuları, o cümlədən İran ilə qarşılıqlı faydalı dostluq münasibətlərinə malikdir. Azərbaycanın xarici siyasəti dövlətçiliyi müntəzəm şəkildə möhkəmləndirib inkişaf etdirməyə və milli mənafeləri qorumağa yönəldilib. Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın xarici siyasətini formalaşdıran əsas amillərdən biridir.

Xarici ölkələrin, həmçinin İranın Azərbaycanla münasibətlərində də Ermənistan-Azərbaycan münaqişəsi əsas yerlərdən birini tutur. İranın Azərbaycan siyasəti onun Qafqaz siyasətinin bir hissəsini təşkil edir və onun xarici siyasətində Azərbaycanın xüsusi yeri var. 1990-cı illərdə Cənubi Qafqaz ölkələri müstəqil olduqdan sonra İranın dini baxımdan onunla yaxın olan Azərbaycanla daha sıx əlaqələr quracağı ehtimal edilirdi. Lakin İranın bu istiqamətdə səyləri uğurla nəticələnmədi. Bir tərəfdən Azərbaycanda dindən çox, milli maraqların üstün tutulması, o biri tərəfdən digər böyük dövlətlərin də hegemonluq iddiaları və İranı regiondan sıxışdırmaları səbəbindən iki ölkə arasında gözlənilən əlaqələr mümkün olmadı. Din amili (xüsusilə də hər iki ölkə əhalisinin əksəriyyətinin şiə təriqətinə mənsub olması) Azərbaycanla İranı bir-birinə yaxınlaşdırırdısa da, millət amili onları bir-birindən uzaqlaşdırdı.

İran Ermənistan-Azərbaycan münaqişəsinin əvvəllərində özünün vasitəçilik cəhdlərini ilk növbədə islam ölkələrinin problemləri qarşısında məsuliyyət hiss edən bir islam dövlətinin səyləri kimi və münaqişənin bir tərəfində (müsəlman olmayan) ermənilərin durması ilə izah edir [11].

İran bir sıra məsələlər baxımından Qafqaz, o cümlədən Azərbaycan Respublikasına qarşı ehtiyatlı və proqmatik siyasət yürüdür: birincisi – Azərbaycandan gələn millətçilik təhlükəsinin qarşısını almaq və ölkədaxili sabitliyi qoruyub-caxlamaq məqsədə ilə; ikincisi – ölkənin təhlükəsizliyinə hədə olan regiondakı mövcud münaqişələrin həll edilməsi, bununla da regionda yerləşən qeyri-regional dövlətlərin, xüsusilə də ABŞ-ın və İsrailin uzaqlaşdırılmasına nail olmaq məqsədi ilə; üçüncüsü – iqtisadi maraqları və regional əməkdaşlıq məqsədilə və s.

İran Azərbaycanı bütün dövrlərdə, o cümlədən 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra öz milli təhlükəsizliyinə bir hədə olaraq görüb. Tarix elmləri doktoru, professor Cəmil Həsənli qeyd edir ki, Azərbaycan tarixçilərinin kifayət qədər tənqid etdiyi və fikirlərinin bir çoxu ilə razılaşmadığı iranlı tarixçi Seyid Əhməd Kəsrəvinin «Azərbaycanın 18 illik tarixi» adlı əsərində maraqlı bir fikri var. O, yazır: «Bütün müsəlman dünyasının qibləsi Məkkədə olduğu halda, Azərbaycan öz müstəqilliyinə qovuşandan sonra Tehran həmişə ehtiyat edirdi ki, Təbriz öz qibləsini Bakıya çevirə bilər». Tarixçi alim onu da göstərir ki, XX əsrdə Cənub-Şimal mövzusuna diqqət yetirəndə Əhməd Kəsrəvinin vaxtilə söylədiyi bu fikir özünü müəyyən dərəcədə doğruldur. Çünki cənubda bir oyanış, yaxud milli hərəkat başladıqda hərəkatçılar həmişə şimala üz tuturdular [1].

İranla Azərbaycanın qarşılıqli siyasətlərinə təsir edən amilləri araşdıran Keyhan Bərzgər yazır ki, İran Azərbaycana, əsasən, milli təhlükəsizlik prizmasından baxır. Bunun səbəbləri isə keçən əsr ərzində Qafqazda baş verən hadisələr və onların İranın milli təhlükəsizliyinə yaratdığı hədələr, həmçinin Qafqazın həmişə müstəqillik fikirlərinin və hərəkatlarının yayildiğı mərkəz olmasıdır (9). Müəllif göstərir ki: «Sovet imperiyası süqut etdikdən sonra da Qafqazdan və Azərbaycandan gözlənilən həmin təhlükə nəinki bitmədi, indi hətta Amerika, Türkiyə, İsrail kimi dövlətlər regionda İranın rəqibinə çevrildilər. 11 sentyabr hadisələrindən sonra isə Amerikanın regionda öz yerini getdikcə daha da möhkəmlətməsi ilə İran-Azərbaycan əlaqələrində yeni mərhələ başlandı. Azərbaycanın Amerika qüvvələrini iqtisadiyyat, hərbi və s. sahələrdə əməkdaşlıq məqsədilə regiona dəvət etməsi, təbii ki, İranın təhlükəsizliyinə hədə hesab olunur» [9]. İranın xarici siyasətində Azərbaycanın yerinə nəzər salan K.Bərzgər Azərbaycanın da İranı siyasi islam ideologiyası, Ermənistanla əlaqələri, təhlükəsizlik və c. məsələlər baxımından özü üçün təhlükəli hesab etdiyini qeyd edir [9].

Azərbaycan-İran münasibətlərində Ermənistan-Azərbaycan münaqişəsinə xüsusi diqqət yetirən İran şimaldan gözlədiyi təhlükənin qarşısını almaq məqsədilə münaqişədə obyektiv mövqe tutmağa çalişır.

İranın xaricı siyasət prinsiplərindən biri «ölkənin ərazi bütövlüyü» prinsipidir və İİR Ermənistan-Azərbaycan münaqişəsinin də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir. İran regionda qeyri-region dövlətlərinin yerləşməsinin də əleyhinə olduğu üçün bu münaqişənin həllində və ümumiyyətlə, Qafqazın təhlükəsizliyində regional dövlətlərin iştirakını vacib sayır. İran rəsmiləri dəfələrlə bəyan ediblər ki, regionda sabitliyi yalnız region dövlətləri tənzimləyə bilər, qeyri-region dövlətlərinin məsələyə qarışması isə onu daha da mürəkkəbləşdirir. K.Bərzgər İranın bu münaqişədə neytral mövqe tutduğunu və onun siyasi yolla həllinin tərəfdarı olduğunu yazır [9].

İranın bütün rəsmiləri və siyasətçiləri Minsk qrupu həmsədrlərinin düzgün seçilmədiyi fikrindədirlər və münaqişənin həlli prosesində İranın iştirakini vacib sayırlar. Avrasiya məsələləri üzrə tədqiqatçı və beynəlxalq münasibətlər üzrə ekspert Daryuş Səfərinejadın fikrincə: «Minsk qrupunun tərkibinin çoxsaylı erməni diasporunun yerləşdiyi üç xristian ölkəsindən ibarət olması münaqişənin nizamlanması prosesində ədalətsiz və birtərəfli vasitəçilikdən xəbər verir. Münaqişə tərəfi olan və öz ərazisinin bir qismini itirmiş Azərbaycan müsəlman ölkəsi olduğu üçün münaqişənin nizamlanması ilə məşğul olan komissiyaya, heç olmasa, bir müsəlman ölkəsini, məsələn İranı cəlb etmək lazım idi. İranın Minsk qrupu həmsədrləri sırasında olması, praktiki olaraq, bu münaqişədə çox məsələləri həll edə bilər» [7].

Regional problemlər üzrə tədqiqatçı Əhməd Kazemi «Qarabağ münaqişəsinin qaranlıq gələcəyi» adlı məqaləsində bu münaqişənin Azərbaycan və Ermənistan Respublikalarından başqa bəlkə də İrana daha çox təsir etdiyini və münaqişənin təsirindən İran ilə Azərbaycan Respublikası arasında sərhəddin təqribən 120 kilometrinin dəyişikliyə məruz qaldığını yazır. O qeyd edir ki, bu münaqişəni həll etmək bəhanəsi ilə, əslində isə regionda münaqişəni idarə etmək məqsədi ilə Amerika kimi qeyri-regional qüdrətlər regionda özlərinə yer etmək üçün fürsət tapıblar. Hətta bu bəhanə ilə regionun geopolitikasını dəyişməyə çalışırlar. Müəllif Minsk qrupunun yaranmasına dair etdiyi səhvlərə baxmayaraq iddia edir ki, sonrakı hadisələr göstərdi ki, bu ideyanın (münaqişənin həllində Minsk qrupunun vasitəçiliyi ideyasının – R.K.) Azərbaycan Respublikasının həmin vaxtki hökuməti tərəfindən qəbul edilməsi strateji bir səhv olmuşdur. Çünki hətta bir müsəlman ölkəsi və münaqişədən zərər görmüş İran ya Türkiyə kimi qonşuların iştirakı olmadan qərb dövlətlərinin iştirakı faktiki olaraq bais oldu ki, müzakirələrin gedişi məntiqi gediş olmasın. Müəllif Minsk qrupunun təklif etdiyi variantların gah münaqişə tərəflərindən biri olan Ermənistan, gah da digəri Azərbaycan tərəfindən qəbul edilməməsini qrupun səylərinin boşa çıxması kimi qiymətləndirir [10].

2008-ci ilin ortalarında Bakıda, Moskvada və İrəvanda Türkiyə və İran dövlətlərinin nümayəndələri Minsk qrupuna alternativ olaraq, Türkiyə, Rusiya və İrandan ibarət sülhməramlı qrup yaratmaq barədə danişıqlar aparırdılar. İranda belə hesab edirdilər ki, Gürcüstan hadisələrindən sonra Qərblə Rusiya arasında münasıbətlərin kəskin xarakter aldığı bir vaxtda onlar eyni sülhməramlı missiyanın tərkibində iştirak edə bilməzlər və bu da öz növbəsində İranın regional problemlərin həllində rolunu vacib edir [8].

Tədqiqatçı Məhəmməd Əxbari «Qarabağ problemi və həlli yolları» adli məqaləsində Qarabağ böhranının tarixi hadisələrə əsaslanan bir münaqişə olduğunu və xalqın tarixi yaddaşına həkk olunduğunu, bu səbəbdən də ölkə rəhbərləri arasında baş verən bir, yaxud bir neçə müzakirə nəticəsində aradan qalxmasının mümkün olmadığını yazır. Əxbari iki millət аrаsındаkı «düşmənçiliyin» təkcə siyаsi və tоrpаq məsələlərinə əsaslanmadığını, əksinə оnun milli və dini tərəflərinin də olduğunu bildirir [2].

Iranda strateji araşdırmalar mərkəzinin internet saytında Vaezi Məhmudun müəllifliyi ilə dərc edilmiş məqalədə qeyd edilir ki, İran Ermənistan-Azərbaycan münaqişəsinin vasitəçiliyinə üç səbəbdən qoşulmuşdu: I – Münaqişə İranın sərhəddində baş verir və onun davam etməsi İranın mənafeyinə və təhlükəsizliyinə təhdid edir; II – İİR Azərbaycan Respublikasında müsəlmanların öldürülməsi və didərgin salınmasının beynəlxalq qəbul olunmuş yolla qarşısını almaq məqsədi ilə özünün humanist və islami vəzifəsini yerinə yetirdi; III – Münaqişənin İran vasitəsilə hər-hansı şəkildə həlli regionda İran İslam Respublikasının nüfuzunu artıracaqdı. Baxmayaraq ki, İranın bu münaqişədə vasitəçiliyi müxtəlif səbəblər üzündən uğur qazana bilmədi, siyasi və ümumi fikir baxımından müsbət təsir qoydu [11]. Məqalədə İranın vasitəçilik səylərinin digər ölkələrin, həmçinin beynəlxalq və regional təşkilatların vasitəçiliyi üçün zəmin yaratdığı deyilir.

Rəsmi İran mütəmadi olaraq Ermənistanın Azərbaycana təcavüzünü pisləyən bəyanatlar da səsləndirir. 2007-ci ilin avqust ayında İranın Azərbaycandakı səfiri Nasir Həmidi Zare bəyanat verərək bildirmişdi ki, Ermənistan Dağlıq Qarabağı və ona bitişik olan ətraf əraziləri işğal etməsi nəticəsində Azərbaycana vurduğu ziyanı ödəməlidir. Bununla yanaşı, Səfir qeyd etmişdi ki, İran Azərbaycanın işğal olunmuş ərazilərinin ən qısa zamanda geri qatyarılmasını və insanların öz doğma torpaqlarına qayıtmasına şərait yaradılmasını tələb edir: «İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır və rəsmi Tehranın bu mövqeyi dəyişməz qalır. Azərbaycan İranın qonşusu və müsəlman ölkəsi olaraq bizim üçün digər dövlətlərdən daha əhəmiyyətlidir» [3].

Azərbaycanda belə hesab edirlər ki, İran özünün Azərbaycan siyasətində heç vaxt səmimi olmayib, onu daim özünün keçmiş ərazisi kimi görüb və həmin strateji xətti bu günədək davam etdirməkdədir. İranın bu mövqeyi rəsmi dairələrdə olmasa da mətbuatda və digər kütləvi informasiya vasitələrində özünü daha aydın göstərir. Məsələn: «İran TV1» 2006-cı ilin 5 iyun tarixində xəbərlər proqramında Azərbaycan prezidenti İ.Əliyevlə Ermənistan prezidenti R.Koçaryanın Buxarest görüşünə dair reportaj verərkən aparıcı «müstəqil Dağlıq Qarabağ Respublikası»nın 15 il əvvəl öz «istiqlaliyyətini» elan etdiyini, hazırda isə Azərbaycanın bu «müstəqil respublika»ya qarşı ərazi iddiasında olduğunu bildirmişdi. Həmin vaxt İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məcid Feyzollahi iranli rəsmilərin belə hallarda dediklərindən fərqli olmayaraq, telekanalın belə xəbər yaymasından məlumatı olmadığını və İranın Qarabağla bağlı mövqeyinin bəlli olduğunu bildirmişdi [4].

Cənubi Qafqazda yeganə strateji müttəfiqi olan Ermənistanla əlaqələri də İran üçün xüsusi əhəmiyyətlidir. Azərbaycana təcavüzü səbəbindən iqtisadi blokadaya düşmüş Ermənistan üçün də İran əvəzedilməz portnyordur. Gürcüstan ərazisi vasitəsilə Rusiyadan idxal etdiyi enerjinin nəqlində Rusiya ilə Gürcüstan arasinda mövcud problemlər üzündən çətinliklərlə üzləşən Ermənistan qazın bir hissəsini İrandan idxal edir. Ermənistanın İranla müxtəlif sahələrdə əməkdaşlığı onu müəyyən mənada iqtisadi blokadadan xilas edir ki, bu da Ermənistana Dağlıq Qarabağı işğaldan azad etmək məqsədilə təzyiq vasitəsi olan həmin blokadanın effektini müəyyən qədər azaldır.

Ermənistanin sabiq prezidenti Ter-Petrosyan bidirmişdi: «İran bizimçün nəfəslik rolu oynayır, əgər bu nəfəsliyi Tehran iki-üç günə bağlasa, biz boğularıq» (5).

Ermənistan və Rusiya ilə əməkdaşlıq ABŞ və digər böyük dövlətlər tərəfindən təcrid edilmiş İranın özünün də regionda tək qalmamasına və regional güc mərkəzinə çevrilməsinə imkan yaradır. Ermənistan da İrandan enerji asılılığı olduğu üçün İİR-in münaqişədə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinə göz yummaq məcburiyyətindədir. İran isə Ermənistanla əlaqələrinə haqq qazandırmaq üçün Azərbaycanın da İranın tanımadığı İsrail dövləti ilə əlaqələri olduğunu deyir.

Nəticə. İran Ermənistan-Azərbaycan münaqişəsini müstəqil Azərbaycanın əsas problemi olaraq qəbul edir və onun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır.

İranın vasitəçilik cəhdlərinin hər dəfə uğursuzluqla nəticələnməsinə baxmayaraq, bütün bu müddət ərzində İran münaqişənin həlli üçün özünün vasitəçiliyini dəfələrlə təklif edib. Lakin bu vasitəçilik Azərbaycandan çox İran üçün əhəmiyyətlidir. Çünki bu, İrana bir tərəfdən Cənubi Qafqaz regionunda öz təsirini və rolunu artırmaq, digər tərəfdən isə münaqişənin həlli prosesində iştirak edən digər böyük dövlətlərlə münasibət qurmaq, yaxud münasibətləri normallaşdırmaq imkanı verər.


ƏDƏBİYYAT

  1. Cəmil Həsənlinin 2007-ci ildə Xəzər Universitetində fəaliyyət göstərən «Elm və sənət məclisi»nin növbətii toplantısında «Sovet-Amerika qarşdurması: Azərbaycan böhranı və soyuq müharibə» mövzusunun müzakirəsinə həsr olunmuş məclisdə çıxışından // [lar.borchali.net/index.php?cat=oxu&id=80]
  2. Əxbari Məhəmməd. Qarabağ problemi və həlli yolları («Qarabağ dünən, bu gün və sabah» 4-cü elmi-əməli konfransının materiallari (2005-ci il)) // [doc.azerall.info/ru/articls/artc120az-1.php]
  3. İran səfiri: Ermənistan Dağlıq Qarabağı işğal etməsi nəticəsində Azərbaycana vurduğu ziyanı ödəməlidir (20.08.2007 (18:17)) // [az/print/978514.html]
  4. «İran TV1» dövlət televiziyası «Dağlıq Qarabağ Respublikası»nı müstəqil erməni dövləti sayır «Gündəlik Azərbaycan» qəzeti, 2006, 07 iyun
  5. Qarabağ məsələsində İran kənara itələnib. “Musavat” qəz., Bakı, 2007, 16 fevral
  6. Talıblı Sübhan. İran İslam Respublikasının xarici siyasətinin nəzəri əsasları // Azərbaycan Dövlət Pedaqoji Universitetinin xəbərləri (humanitar elmlər seriyası) 2007, №4. c.160-173
  7. Сафарнежад Дарьюш. Потенциальные возможности Ирана по посредничеству в Карабахском конфликте [ir/Default_view.asp?]
  8. Тройка Иран-Турция-Россия в роли посредника?! [globus.com/?page=full&id=372]
  9. Bərzgər Keyhan. Şenasayi-ye onasor-e təsirgozar dər rəftar-e siyasət-e xareci-ye İran və Comhuri-ye Azərbaycan nesbət be yekdigər [ews.ir/ViewDetail/?ID=sa1vq7ht3e&Type=436&lang=fa]
  10. Kazemi Əhməd. Ayənde-ye mobhem-e monaqeşe-ye qərebağ // «Aran» jurnalı 1387, №13-14 [ran.ir/fa/index.php?option=com_content&task=view&id=134&Itemid=18]
  11. Vaezi Məhmud. Miyancigəri dər monaqeşe-ye beyn-əl-meləli: olgu-ye miyancigəri-ye comhuri-ye eslami-ye iran dər bohran-e qərebağ və tacikestan // [r/PrintDetail.aspx?cid=1052&did=44&type=ar]



РЕЗЮМЕ

В статье раскрывается позиция Ирана по отношению к проблеме Нагорного Карабаха, которая оказывает огромное влияние на взаимоотношения между Азербайджаном и Ираном. Несмотря на то, что посредническая миссия Ирана не увенчалась успехом, он продолжает проявлять инициативу в разрешении конфликта. Это объясняется стремлением Ирана активно участвовать в региональных процессах и оказывать влияние на ход мирного урегулирования конфликта.

SUMMARY

In article reveals the position of Iran in relation to problem of Naqorno-Karabach which makes huge impact on mutual relations between Azerbaijan and Iran. In spite of the fact that intermediary mission of Iran has not crowned success, it continues to show the initiative in the resolution of conflict. It speaks aspiration of Iran actively to participate in regional processes and to influence a course of a peaceful settlement of the conflict.


Rüstəm Kamal


«KITABI - DƏDƏ QORQUD:» MÜQƏDDIMƏ PERFORMATIV AKT KIMI


«Kitabi - Dədə Qorqud»un (1) müqəddiməsi bağlı suallar ortaya çıxır: müqəddimə orta əsrlərin etnik-mədəni çevrəsində təşəkkül tapmış və yazıya alınmış «ədəbi etiket» (D.Lixaçov) formalarından biridir, yoxsa paremioloji vahidlərdən ibarət «açıq sistemdir» (K.Abdulla)? «Kitabi-Dədə Qorqud»un inanc kodu ilə, ümumi təhkiyəsi, intonasiyası ilə səsləşən bu soylamaların katib tərəfindən əlavə edilməsinin səbəbi nədir?

T.Hacıyev dastanın müqəddimə hissəsini «ustadnamə» adlandırır: «Burada Oğuz cəmiyyətini səciyyələndirən kəlamlar var, təlim-tərbiyə məzmunlu atalar sözləri və məsəllər geniş yer tutur. İbrətli söz söylənilir, dastanın qəhrəmanlarına xeyir-dua verilir. Bunlar ustadnaməyə məxsus əlamətlərdir. Əslində bu dastanın adında Dədə Qorqud başlığını doğruldan ən güclü əsaslardan biri məhz bu ustadnamədir». (2, 119) Görkəmli türkoloq bu ustadnaməni təşkil edən deyimləri «türk tanrıçı peyğəmbər Dədə Qorqudun hədisləri». (2, 12) hesab edir.

K.Abdullanın fikrincə, müqəddimə «Mifi dərk etməyin bir vasitəsidir. Mifə aparan yoldur» (3, 54), xüsusi paremiya dilinə malik paramioloji bütövlükdür. İki inanc sistemin (əski dünyagörüşü ilə islam inancı) və şifahi sözlə kitab təfəkkürü arasında keçidin təzahürü olan bu soylamalar (deyimlər) janr dili olmaq istəyir.

Dilin ritual təcrübəsi və funksiyası ilə nitq janrları oğuz cusanını, dünyagörüşünü, inanc nitq davranışını ifadə edir. Onların əsasında davranışın uğurlu/uğursuz, doğru/səhv, sakral/profan olması ideyası durur.

Onlara mifik nitq aktlarının transforunu kimi də baxmaq olar. Hər bir sözü mahiyyətcə performativdir, «hər hökmü də ayrıca sözdür» (3, 54), «Dua harmoniyasını və aurasını» (İ.Həmidov) əks etdirir, və nitq aktlarının performativliyi deyimlərin didaktik pafosunun aradan götürür.

Ənənəvi toplumlar mənəvi axtarışlarında həmişə əcdada, müdrik biliciyə, epik qəhrəmanlar dünyasına müraciət edirlər və ənənə daşıyıcıları bir qayda olaraq bu tipli mətnləri nüfuzlu şəxslərin (çukçalarda «qocalar belə deyirdilər», (4, 45]), ya etnik qrupun (oroçlarda gör nə deyirlər» [5, 119]), «nivxlər belə söyləyirlər» [6, 115]) Adları ilə bağlayırlar bəzi hallarda isə müəllifi kimi ayrı-ayrı adamları yasaq və tövsiyyələrin (ilk növbədə şamanları) göstərirlər. (7, 169-170).

Müqəddiməni təşkil edən soylamaların adresantı Dədə Qorquddur. «Etnososial yaddaşın qoruyucusu və yaşadıcısı olduğundan özündə əcdad ruhunu daşıyan atalar sözlərinin Dədə Qorquda aid edilməsi də bu üzdəndir» (C.Bəydili)

V.İ.Anuçin yazırdı ki, Yenisey hüququnun və fəlsəfi - məişət müdrikliyinin bir çox qaydalarının yaranması ket şamanı Dohun adıyla Yeniseylilər arasında dəbdə olan yarınəğmə-yarıhekayətlərin hər kəsli bu sözlərlə qurtarır: Toy Doh laskansiha!=Doh demiş (söyləmiş)!»

Mənəvi, etik və hüquqi qaydalardan başqa, bəzən bılina və şən lətivələr də «Doh belə deyirdi» sözləri ilə bitir. (7)

Müqəddimədə iki məqam diqqət çəkəndir: dualar-alqışlar, əyləmələri yasaqlar, və inancları ifadə edən bu deyimlər Dədə Qorquda şamil edilir: 2) ritmik formada söylənilir

Birincisi bu soylamalar bilavasitə Dədə Qorquda, yaxud ozana aid məlumatlar kimi dəyərləndirilir; ikincisi, bu məlumatlar (bilgilər) Dədə Qorqudu qutsal varlıq («vilayət issi») kimi qəbul etmiş dinləyici auditoriyasına ünvanlanır.

«İnsanlar və ruhlar arasında vasitəçi olan» [9] Dədə Qorqud sakral sfera ilə - qeyb aləmi ilə bağlıdır. «Nə deirsə olurdı. Qayibdən dürlü xəbərlər söylərdi. Haq təala onun könlünə ilham edərdi. «Dədə Qorqud qam-ozan-peyğəmbər əlamətlərini özündə ehtiva edir, sirli mənalar dünyası ilə bağlıdır. Onun üçün də deyirlər ki, Dədə Qorqud qeybdən xəbər verirdi. Qeyb monoteizmdə Tanrıdır» (10, 29). Osman nəsli ilə bağlı deyimi proqnostik-performativ tipli mətndir.

Göründüyü kimi, hikmətli sayğılı kəlamların sıralanması, ritmik duzumu ovsun-dua effektlidir, çünki ritm bu soylamaların mahiyyətini təşkil edir.

Dədə Qorqud soylamış:

Allah-Allah diməyincə işlər onmaz.

Qadir Tanrı verməyincə ər bayımaz.

Əzəldən yazılmasa, qul başına qəza gəlməz.

Əcəl vədə irməyincə kimsə ölməz.

Ölən adam dirilməz.

Çıxan can geri gəlməz.

Bir yigidün qaradağ yumresınca malı olsa,

yığar-dərər, tələb eylər.

nəsibindən artuğın yiyə bilməz.

Ulaşiban sular daşsa, dəniz dolmaz…

Dədə Qorqut bir dəxi soylamış:

Sarp yürirkən Qazılıq ata namərd yiğit binə bilməz,

binincə, binməsə yeg!

Salub-kəsər uz qılıcı müxənnətlər çalınca,

calmasa yeg!

Çala bitən yigidə oq ilə qılıcdan bir çəmaq yeg!

Qanağı gəlməyən qara evlər yığılsa, yığ!

At yeməyən acı otlar bitməsə yığ

Adam içməz acı sular sızınca, sızması yığ!

Burada təkrarın elementar kiquru-anakolon təqdim olunur. Bu kiqur «çevrəni»müəyyənləşdirir və öymə obyekt ilə vəhdət yaradır. Bu tipli təkrarların mahiyyətini Jil Delez belə açıqlayır: «...təkrarlanma (...) özlüyündə zamanın jütezidir - zamanın «transendental» sintezidir. O, öncənin, indinin və birdəfəlik təkrarıdır. O keçmiş, indiki və gələcək zamanlardan ibarətdir...» (Delez 1992: 294-295)

Təkrar zamanüstü sferaya semiotik qatılma forması kimi (onun sakrallaşdırma funksiyası bununla əlaqədardır) qədim ritorik kiperlardan sayılır.

Bu baxımdan deyə bilərik ki, «Müqəddimə»də sakrallaşma aktının mənası «görklü» «yeg» sözlərinin təkrarı ilə ifadəsini tapır.

Ağız açub ögər olsam, üstimizdə tənri görkli

Tənri dostu, din sərvəri Məhəmməd görkli

Məhəmmədin sağ yanında namaz qılan Əbubəkr

Siddiq görkli

Axır separə başıdır, əmmə görkli.

Hecəsinləyin düz oqınsa, yasin görkli.

Qılıc çaldı, din açdı şahi-mərdan Əli görkli.

Əlinin oğulları - peyğəmbər nəvalələri -

Kərbəla yazısında yəzidilər əlində şəhid oldı-

Həsənlə Hüseyn iki qardaş billə, - görkli.

Ol Qurani yazdı-düzdı.

Üləmalar ögrənincə köydi-biçdi.

Alimlər sərvəri Osman Uffan oğlı görkli.

Alçaq yerdə yapılubdur Tənri evi Məkkə görkli.

Ol Məkkəyə sağ varsa, əsən gəlsə , sidqi bütün hacı görklü.

S.Orucova bu deyimləri arxain qarğış janrı kimi qəbul edir: «Bu mürəkkəb tipli, qeyri-adi poetik ətruktura malik, «yaxşıdır» ifadəsi ilə mənfi çalar, qarğış çaları yaratmaq forması, əfsus ki, folklorşünaslarımızın diqqətindən arxain qarğış janrı kimi kənarda qalmışdır». (12, 148)

Abidənin müqəddiməsində ozan dilindən verilən qadınlarla bağlı aforostik soyləm parçası verilir. Bu qadın tiplərindən biri – evin dayağı olan qadın alqışlanır, digər üçü isə qarğışlanır, lənətlənir. Ozan aydır: «Qarılar dörd dörlidir: birisi soldıran soydır, birisi toldıran toydur, birisi evin tayağıdır, birisi necə söylərsən, bayağıdır.

Ozan, evin tayağı oldır ki, yazıdan-yabandan evə bir qonaq gəlsə, ər adam evdə olmasa ol anı yedirər-içirər, ağırlar-əzizlər, göndərər. Ol Ayişə, Fatimə soyıdır, xanım. Onun bəbəkləri bitsun. Ocağına buncılayın övrət gəlsin. Gəldin ol kim soldıran soydır...

Müqəddimə etiket sisteminə daxil edilməsi soylama-boylama mərasiminin digər sosial ritual formalar arasında mühüm yer tutması ilə əlaqədardır. Nitqin ritual funksiyası bu janrların (alqış-qarğış, öymə, aud) kommunikativ sistemdə önəmliyini təmin edir.