AZƏrbaycanşÜnasliğIN

Вид материалаДокументы

Содержание


Parlament sənədləri qaçqinlar problemini
Azərbaycanin taliş folklorunda halay rəqs-mahnilari
Подобный материал:
1   ...   22   23   24   25   26   27   28   29   ...   69

ƏDƏBİYYAT

1. Uğur yolu. C. Xəndan. B. 1987 (Azərbaycan Dövlət Nəşriyyatı);

2. Ş.Salmanov. Poeziya və tənqid. B. Yazıçı, 1987;

3. V.Arzumanlı. «75 ilin pillələri», B. Qartal, 2001;

4. İsa İsmayılzadə. Poeziya və zaman. «Azərbaycan» j, 1986 (12);

5. A.Mənsurzadə. Vətənə məhəbbətlə. «Ədəbiyyat və incəsənət» q.,

1987, 6 fevral;

6. M.Araz . Arazdır sarı simi (S.Tahirin anadan olmasının 50 illiyi

münasibətilə), «Azərbaycan»j,1976 (10);

7. Babayev Aqşin. Ölümdən güclü (S.Tahirin «Ölümdən güclü, həyatdan

uca» kitabı haqqında), Kommunist, 1982, 22 avqust;

8. Əbilov İ. Mübariz misralar, «Ədəbiyyat və incəsənət» q., 1982, 8

yanvar.

РЕЗЮМЕ

В статье говорится о таких темах в творчестве народного поэта Азербайджана С.Тахира, как патриотизм, гражданство, о национально-освободительном движении, которое ведет азербайджанский народ веками, о справедливом протесте поэта против исторической несправедливости, которая постигла нашего народа.


SUMMARY

This article deals with the love of Motherland, citizenship, the national-liberation movement which the Azerbaijani people have been carrying jut from centuries in Sohrab Tahir's poetry. The author also describes the poet's objection against our people's historical injustice.


Əziz Boran


PARLAMENT SƏNƏDLƏRİ QAÇQINLAR PROBLEMİNİ

ÖYRƏNƏN MƏNBƏ KİMİ (1918-1920)


1917-ci ildə Avropada, çar Rusiyasında, Cənubi Qafqazda və o sıradan Azərbaycanda baş verən ictimai-siyasi proseslər nəticəsində ermənilər yenidən torpaq iddialarını reallaşdırmaq üçün təcavüzkar mahiyyət daşıyan fəallıqlarını artırdılar. Xaricdən, xüsusən Rusiyadan hər cür maddi-mənəvi yardım alan ermənilər azərbaycanlılar yaşayan kəndlərə basqın edərək on minlərlə dinc əhalini- qadın, qoca və uşaqları qətlə yetirmiş, yaşayış yerlərini yandırmış, yerlə yeksan edərək müsəlmanlardan ötrü yaşayış üçün mümkünsuz hala çevirmişlər. Nəticədə yüz minlərlə azərbaycanlı qaçqın vəziyyətə düşmüşdür. Xalqımızı fiziki cəhətdən məhv etməkdən, öz doğma torpaqlarından birdəfəlik qovulmaqdan Cümhuriyyətin qurulması xilas etdi.

AXC yarandığı ilk günlərdən qarşılaşdığı ağır problemlərdən biri də qaçqınlar məsələsi olmuşdu. Mövcud oldubu illərdə həm hökumət, həm də parlament bu problemi həmişə diqqətdə saxlamışdı (Bax: 1,2). Belə ki, parlament 1918-1920-ci illərdə keçirdiyi 145 iclasın 45-də qaçqınlar məsələsinə toxunmuşdur.

1918-ci ilin 7 dekabrında öz işinə başlayan parlament həmin ildə 6 iclasında qaçqınlar məsələsini müzakirə etmişdir. Bu iclaslarda qaçqınlar məsələsinin ağır problem olduğunu nəzərə alaraq ayrıca bir Nazirliyin –Himayəçilik Nazirliyinin yaradılması, hökumətin bu məsələni daim diqqətdə saxlamasının vacibliyi, problemin ermənilərin təcavüzkar siyasəti nəticəsində yaranması geniş şəkildə müzakirə edilmşidir.

Parlament 1919-cu ildə keçirdiyi 28 iclasında qaçqınlar məsələsini hərtərəfli müzakirə etmişdir. İclaslarda müzakirələr zamanı qaçqınlara konkret, təxirəsalınmaz şəkildə yardım göstərilməsi həmişə diqqətdə olmuşdur. Məsələn, parlament 49-54-cü iclaslarının gündəliyində «…v) Ermənistan cümhuriyyətində bulunan müsəlman qaçqınlarına yardım üçün 3 milyon manat buraxılması haqqında layiheyi qanunliyyə; q) Zəngəzur qəzasına yardım etmək üçün ümuri-xeyriyyə və nafiə nəzarətinə 18.750.000 manat buraxılması qanunu»nu salmışdır (1, 717-830). Geniş müzakirələrdən sonra bu vasitələrin ayrılması haqqında qərar qəbul edilmiş və hökumətə tapşırılmışdı ki, bu qərarı qısa müddətdə yerinə yetirsin. Müzakirələr zamanı göstərilmişdir ki, vəhşiliyin həddi-hüdudu olmayan ermənilərə hər tərəfdən – Avropadan və Amerikadan da yardım edilməsinə baxmayaraq müsəlmanlar tək və kimsəsiz qalmşıdır: «… Hər gün orada müsəlmanlar kəsilir, evləri dağıdılır. Ermənilər onların yerlərini zəbt edib, hətta onlara çörək də vermirlər… Erməni aclarına erməni hökuməti tərəfindən və Amerika heyətindən güclü taxıl gətirilib verilib… Bura göndərilən teleqramlardan görünür ki, bütün bu işlər müsəlmanlara qarşı tətbiq edilən bir sistemdir… xülasə rəsmi xəbərlərə görə ermənilər müsəlmanlara olmazın zülmlər edirlər. Qəbiristanlığın daşlarını belə çıxardıb, qəbiristanlığı dağıtmışlar. Məscidlərin qapısını, pəncərələrini çıxarıb aparıblar. Damını uçurub orada rəzalətlər yapırlar» .

Parlamentin stenoqrafik hesabatlarının öyrənilməsi göstərir ki, hökumətin bütün səylərinə baxmayaraq 1919-cu ilin II yarısında da Azərbaycana qaçqınların yeni dalğası gəlmişdir. Qaçqınlar Ermənistanla yanaşı, Qarsdan, Dağıstandan, Gürcüstandan gəlmişlər. Parlament 1920-ci ildə 4 aya yaxın fəaliyyət göstərsə də, bu müddətdə özünün 11 iclasında qaçqınlar məsələsini müzakirə etmişdir. Qeyd edək ki, 1920-ci ilin əvvəllərində problemin ciddiliyini nəzərə alaraq parlament hökumətin ixtiyarında olan 70 milyon manatın 21 milyonunu qaçqınlara ayırmışdır.

Beləliklə, təhlillər göstərir ki, Cümhuriyyət dövründə fəaliyyət göstərən parlamentin stenoqrafik hesabataları da qaçqınlar problemini öyrənmək üçün qiymətli mənbələrdən biridir.


ƏDƏBİYYAT

  1. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament. (Stenoqrafik hesabatlar). I c., B., 1998
  2. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament. (Stenoqrafik hesabatlar). II c., B., 1998



РЕЗЮМЕ

В период существования Азербайджанской Демократической Республики этому вопросу было уделено особое внимание и было создано Министерство Опеки. Азербайджанский парламент на 45 заседаниях рассмотрел проблему и обсудил ее, приняв важные решения. С этой точки зрения допущены парламента АДР являются важным источником изучения проблемы беженцев


SUMMARY

Duration of Azerbaijan Democracy republic, elite government for making this decision to this problem been had create the Ministry of care. On a level with government national parliament also kept this problem in the center of attention at the 45 meeting after profound and comprehensively discussion, there were made important decision according to the refugees.

Investigate of stenography report of the parliament represent itself as the significant resource for study of this problem about the refugees.


Fərziyeva Səadət


AZƏRBAYCANIN TALIŞ FOLKLORUNDA HALAY RƏQS-MAHNILARI


Azərbaycan xalq yaradıcılığının bir qolu olan folklor,çoxşaxəli bir məfhum olaraq öz janr tiplərinə görə bir-birindən seçilir. Azərbaycan xalqının şifahi-ənənəvi xalq yaradıcılığı ilə yanaşı,şifahi-professional musiqi janrları da mövcuddur.Belə janrlara aşıq yaradıcılığı və muğam dəstgahları, kiçik formalı muğamlar və zərb muğamlar, rəng, təsniflər və s. daxil olmaqla öz əhəmiyəti ilə seçilir.

«...Geniş xalg kütləsinin yaradıcılıq məhsulu olan folkloru tədqiq edib öyrənmək ücün ona yaxın olan bir necə elm sahəsini bilmək lazımdır:

a ) şifahi xalq ədəbiyyatı tarixlə əlaqəli surətdə öyrənilməlidir.”...Bir xalqın folklorunu bilmədən onun tarixini öyrənmək mümkün olmadıgı” kimi (M.Qorki),xalq ədəbiyyatını da mənsub oldugu xalqın tarixini bilmədən öyrənmək olmaz.

b) şifahi ədəbiyyat xalqın həyat və məişəti,adət və ənənəsi ilə qırılmaz tellərlə baglıdır.

v) folklor,hər şeydən əvvəl,mənsub oldugu xalqın canlı danışıq dilinin bütün incəliklərini özündə əks etdirən qiymətli bir xəzinədir.Ona görə də Azərbaycan folklorunu öyrənən və tədqiq edən şəxs etnoqrafiyanı,onun əsas xüsusiyyətlərini bilməlidir.»[10.s.3]

Bizim elmi araşdırmamız Azərbaycanın Cənub bölgəsinə yönəlmiş, burada yaşayan talışların halay rəqs-mahnılarında vacib olan dəyərli elementlərinin üzə çıxarılmasından ibarət olmuşdur.Bu elementlərin həm rəqslərdə, həm aşıq musiqisində, həm də müxtəlif məqam intonasiyalarında üzə çıxarılması və müqayisə edilməsi çox əhəmiyyətlidir.Bu xüsusda biz talış etnosunun musiqi faktorunu öyrənirik və Azərbaycanda azsaylı xalq etnoslarının musiqi mədəniyyət etnoqrafiyasının öyrənilməsi milli və elmi maraqlar baxımından böyük aktuallıq kəsb edir.

Talışların ümumi mədəniyyətinə nəzər saldıqda, bu mədəniyyətin bir neçə aspektdən təhlil olunması nəzər diqqəti cəlb edir. Digər xalqlar kimi Talışları da formalaşdıran atributlardan biri olan dil, özündə həm tələffüzü, həm səsi, həm də söz vasitələrini formalaşdıran əsas cəhətlərdən olmuşdur. İlk baxışdan daha zəngin danışıq tərzini özündə əks etdirən talış dili təbiidir ki, zəngin melodik çalarları, xüsusiyyətləri də özunəməxsus incəliklə əks etdirmiş və etdirməkdədir.

Böyükağa Hüseynbalaoğlu və Mirhaşım Talışlı, “Lənkəran” adlı tarixi- etnoqrafik,iqtisadi- sosioloji məsələləri özündə birləşdirən əsərində, talışların mənşəyi haqqında belə qeyd edir:«… Bu xalqın dili, ən qədim dövrlərdən cografi ərazisi, dağları və meşələri də talış epiteti ilə adlanır. »[7.s460]

Antik dövr tarixçisi Herodot ( e. ə. 490-425 ), coğrafiyaçısı Strabon (e.ə 64-24) öz əsərlərində Xəzər dənizinin cənubunda Talış adlı xalqın varlığından, dilindən və təsərrüfatından söhbət açırlar. [7.s460]

Eramızdan əvvəl VII əsrə aid olan tarixi mənbələrdən belə bir qənaətə gəlmək olur ki,Azərbaycanın cənub şərqində paytaxtı Ekbatan olan,Midiya dövləti var idi.Bu dövlət tez-tez assuriyalıların işğalçı müharibələrinə məruz qalırdı.[8.s.104]Tarixdən o da bizə məlumdur ki,assuriyalıların qoşunlarını darmadağın edən ilk insanlar midiyalılar olmuşdur. Onların tərkibində indiki talış dağlarının ərazisində yaşayan insanlar da vuruşurdular.Burada məhz Midiyanın yerləşdiyi ərazinin Azərbaycanın cənub şərq hissəsinə aid olması nəzər diqqəti cəlb edir. Midiya dövləti altı iri tayfanı özündə birləşdirirdi.Çox güman ki, həmən bu tayfalardan biri də Talışlar idi.Tarixin müxtəlif mərhələlərində Talışlar müxtəlif adlarla:kadusilər,kaspilər(atçılıq və gözəl at capmaqları ilə bağlı),skiflər-prometeidlər(odpərəstlik ilə bağlı),mağlar,ərəb hakimiyyəti dövründə isə məcusilər kimi də tanınmışlar.

Bir sıra mənbələrdə göstərilir ki, bu ərazidə daha qədim dövrlərdə Kadusilər adlı xalq yaşamışdır. Kadusilərdən olan Kaspilər ölkənin qərbini məskən seçmiş, müasir talışlar isə onların davamçılarıdır.Çox güman ki, “talış və galış” sözü də “kadusi” sözündən əmələ gəlmişdir. Bizcə kadusi sözü talışca “ ev dostu” ( kə-ev; düs-dost) deməkdir.»[7.s460]

Latın və Yunan mənbələrində adı çəkilən Kadusilər öz müstəqilliklərini saxlaya bilmişdilər. Yunan müəllifi Arrianın yazdığına görə Kadusilər Qavqamela vuruşmasında (e.ə. 331) III Daranın tərəfində makedoniyalı İsgəndərə qarşı döyüşlərdə iştirak etmişdilər.

«…Hər bir etnos başqa xalqlardan həm də özünə məxsus ənənəvi xalq yaradıcılıgı mədəniyyəti ilə seçilir.Talışlar ta qədim zamanlarda xüsusi səs ritminə malik olan “Laqquti”adlı alət ixtira etmiş və əsrlərlə ondan bir zərb musiqi aləti kimi istifadə etmişlər.Bu tezisimizin təsdiqinə diqər nümunə talış qadınlarının heç bir musiqi aləti tətbiq etmədən,kollektiv şəkildə ifa etdikləri xalq mahnıları sayıla bilər.Maraqlıdır ki,geniş məzmuna malik olan bu mahnıları qadınlar ancaq əl çalma,ritm tutma ilə ifa etmişlər.Bu isə bizə onu deməyə əsas verir ki,həmin mahnılar musiqi alətlərinin hələ meydana çıxmadıgı dövrlərin məhsuludur.»[3.s308]

Buna görə bizi məhz sintetik bir janr-folklor janrı olan halay mahnılarının tədqiqi etnomusiqişünaslıq baxımından özünə cəlb etmiş, mövzunun aktual cəhəti kimi meydana çıxarmışdır. Halay rəqs-mahnılarının həm də özündə bir çox ədəbi-bədii və musiqi çalarlarını birləşdirməsi onu müxtəlif cəhətlərdən tədqiq etmək imkanı yaradır.

«“Halay” oyun ərəfəsində qarşı tərəflərin musiqi müşayiəti ilə mahnı deməsi, şübhəsiz, aşıq sənətinə də mütərəqqi təsir göstərmişdir. Bu mərasimlər aşıqların bir-birinə meydan oxumasını çox gözəl nümayiş etdirmək üçün zəmin yaratmışdır. Mərhum Üzeyir Hacıbəyli yazır: ”Azərbaycanın bir çox mahallarında toy-düyün zamanı, yaxud bayram və başqa şadlıq qünlərində camaat hamısı bir yerə yıgılıb ikitərəfli olaraq “deyişmə”lər oxuyurlar.»[5.s.141]

B. Hüseynlinin “Azərbaycan xalq rəqs melodiyaları” məcmuəsində Azərbaycanın cənub bölgəsində toplanan halay rəqs-mahnılarının tədqiqatına geniş yer verilmişdir.[6]

A. Abduləliyevin ”Halayın əmək kontekstində tədqiqinə dair”adlı araşdırması öz xüsusiyyəti baxımından da nəzər diqqəti cəlb edir.Orada qeyd olunur:Əmək mahnılarının xalq yaradıcılıgının janr sistemidaxilində araşdırılması isə Azərbaycan milli musiqi təfəkkürünün arxaik qatlarını,xalq mahnı yaradıcılıgının “janraqədərki dövrü”nü,həmçinin aytentik folklorun mugam və aşıq musiqisi ilə lad-intonasiya baglılıqlarını tədqiq etmək elmi baxımdan gərəklidir.[2]

Aşıq sənəti Azərbaycan xalq aşıq ədəbiyyatı sahəsi baxımından öz xüsusiyyətlərinə görə müxtəlif aşıqların yaradıcılığında müxtəlif cür əks olunmuşdur. Belə sənətkarlara biz aşıq Qurbani, Sarı aşıq, Ağ aşıq, aşıq Cünun, daha sonrakı dövrlərdə aşıq Alı, aşıq Ələsgər, aşıq Hüseyn Saraclı, aşıq M. Azaflı və s. göstərmək olar. Bu aşıqlar öz yaradıcılığında bayatı, qoşma, gəraylı, təcnis, ustadnamə, vücudnamə və s. şerlər yazmaqla aşıq ədəbiyyatına öz incilərini bəxş etmişlər. Ümumiyyətlə bayatı və yaxud bayatı söyləmək elə bir şeir növüdür ki, əsasən xalq ağıları və yaxud kədər xarakterli oxşamalar və buna əks olan şənlik nəğmələri də bu şeir növünə daha çox əsaslanır.Lakin,Halay rəqs-mahnılarında gəraylı, qoşma növlərinə də rast gəlmək mümkündür. Həm bayatı, həm qoşma, həm də gəraylı aşıq sənətinin ən vacib tərkib hissəsi olub, onun əsas qayələrindən birini təşkil edir. Bizim ilk nəzər diqqətimizi cəlb edən məsələ də elə bu olmuşdur. Halay mahnılarının səslənmə xüsusiyyətləri isə daha mühüm və incə çalarları özündə əks etdirir.

Fikrimizin bu tərəfini izah etməmişdən əvvəl aşıq sənətində mövcud olan mühüm xüsusiyyətləri qeyd etmək tələb olunur. Əvvəla aşıq sənətində saz alətinin mövcud olması, onun 2 və ya 9 siminin əsas vəzifə daşıması mühüm əhəmiyyət kəsb edir. Burada:

I simlər – zillər

II simlər – bəmlər

III simlər isə - dəmlər

adlanır.

Zillər melodiya daşıyıcısıdır. Bəmlər kökü dəyişən simlərdir. Dəmlər isə dəm saxlayan dəyişməyən simlərdir. Lakin, sazın köklənmə xüsusiyyətləri isə 5 cür əks olunur. Bunlardan:

1. kvinta aşağı, kvarta yuxarı münasibətində olan “Qaraçı” və ya şah pərdə

2. seksta aşağı, kvinta yuxarı münasibətində olan “Urfani” və ya orta pərdə,

3. septima aşağı, seksta yuxarı münasibətində olan “Dilqəmi” və ya baş pərdə,

4. kvarta aşağı, tersiya yuxarı münasibətində olan “Ayaq divani” və ya “Divani”

5. tersiya aşağı, sekunda yuxarı munasibətində olan “Bayatı” kökləri aşıq havalarının əsas məğzini təşkil edir.[9]

Polifonik üsulların geniş yayılması və ya burdon (orqan punktu) aşıq musiqisində dəm saxlamaqla təyin edilir. Aşıq havalarında digər bir polifonik xüsusiyyət dəmlərin və bəmlərin birlikdə səslənməsi, bədii vasitələrin dəm simlərlə uyğunlaşması, polifonik üsulların imitasiya, inversiya,səs altılıq baxımından da gərəkli yer tutması ilə bağlıdır. Melodik baxımdan isə qlissandolu, titrəyişli və trelli melodik gediş, vibrasiyanın uzanması, tetraxordların qarşılıqlı yayımı, pridyom, trixord və tetrexordların oktava daxilində sekundalı, tersiyalı bölmələrin olması lad xüsusiyyətlərinin müxtəlif ahəng səslənmələrinə səbəb olur. Dayaq pərdələrdə hamar eniş, kvarta intervalının tədrici sekundalı səslərlə doldurulması, dayaq nöqtələrinin yaxınlıqdakı səslərlə əhatələnməsi pridyom (gabağlama), yerində sayan interval addımları, səs dalğalarının dönə - dönə təkrarı aşıq sənətinin mühüm qayəsini təşkil edən amillərdəndir.

Bizim səyyar araşdırmamızın gözəl nəticəsi olan halayların toplanması eyni qayda ilə nəzəri araşdırmamızın bu mahnılarda beş səsli və yaxud tetraxord və ya hər hansı bir tetraxorda aid olan digər səslərin meydana çıxması,trixord və 2 ton (dixord) və s. interval səs sıralarının əks olunması ilə də nəzər diqqəti cəlb edir. Bu isə öz növbəsində bir daha aşıq musiqisində halay rəqs-mahnı elementlərinin olmasını təsdiqləyir. Bunu digər tərəfdən həmin melodiyaların qədim və özündə Azərbaycanın cənub bölgəsinə xas milli çalarları daşıyan melodiyalar olması ilə də izah etmək olar.

Bu dediklərimizə misal olaraq Lənkəranın Separadi kəndinin “Bacılar” folklor qrupunun repertuarından əldə etdiyimiz “Ə sefi məstən vəyü ”(Almanı alma gəlin) halay mahnısı ölçüdədir.

Nümunə Tetraxord





Bu halay mahnısı kuplet nəqarət şəklində olan oxunuşa əsaslanır. Burada birinci periodun bitməsindən sonra ikinci period kuplet kimi daxil olaraq öz sonluğuna mövzu melodiyasının period sonluğundan götürülmüş frazanı submotiv kimi özünə daxil edir. Bu daxil olma imitasiyalı polifonik şəkil yaradır. Beləliklə a+b kuplet forma şəkli əmələ gəlir. Buradakı frazalar variantlı şəkildə özünü göstərir. Halay mahnısında birinci dəstə birinci periodun cavab cümləsini ifa etdikdən sonra, ikinci dəstə cavab cümləsinin ikinci frazasını təkrar olaraq ifa edir. Bu zaman b bölümünün melodiyası birinci dəstə tərəfindən ifa olunmağa başlayır. İkinci dəstənin melodiyanın sonluğunu uzatması ilə səsaltı polifonik səslənmə yaranır ki, bu K3 intervalı əmələ gətirir. Bu xüsusiyyət aşıq musiqisinə xas “Ayaq divani” kökü ilə müqayisə oluna bilər. Bütün melodiya boyu zabul intonasiyaları eşidilir.Mahnının səssırası əksildilmiş kvinta olmasına baxmayaraq mayə pərdəsinin istinad pərdəsi kimi qəbul olunması alterasiyalı re segah məqamının səssırası ilə uyğunluq təşkil edir. Burada re segaha məxsus üst tetraxordun səsləri və əksildilmiş üst kvintası daxil olur. Tetraxordun dördüncü pərdəsi yenə əksildilmiş alterasiyalı şəkildə özünü biruzə verir.

Halayların musiqi-poetik məzmununa diqqət yetirək:“Dedim ala gözlü kimin yarısan, Ay qara gözlü kimin yarısan” halaybaşlığı ilə başlanan bu mahnı 11 hecalı qoşma üzərindədir. Burada misraların yarımmisraları birinci misralarda əsasən 6+5, digər misralarda 5+5 şəklində ifadə olunur.


Dedim ala gözlü kimin yarısan 6+5

Ay gara gözlü kimin yarısan 5+5

I

Əmimə demişəm mənə saz alsın 6+5

Sazımı çalım dərdim, qəmim azalsın 4+7

Oğluna getmərəm oğlu qız alsın 6+5

Dedim ala gözlü kimin yarısan 6+5

Ay qara gözlü kimin yarısan 5+5

Mahmudavar kəndində əldə etdiyimiz bu qoşma növü bir halaybaşlığı, bir bənddən ibarətdir. Bu bənddə və halaybaşlığında istifadə olunan melodik struktur bir növ qoşmada əks olunan hiss və düçüncələri dinləyicilərə çatdırmağa xidmət edir. Burada əmioğlunun əmisi qızını sevməsi, onun gözəlliyini oxşaması, lakin sevgisinin cavabsız qalması halaybaşlığında ifadə olunur. Digər misralarda isə əmiqızının kimi isə sevməsi, əmioğluna qardaş gözü ilə baxması təsvir olunur.

«…Yallılardan danışdıqda isə, onu qeyd etmək lazımdır ki,mahnı müşayiəti ilə ifa olunan yallılar Azərbaycanın Naxçıvan bölgəsində Noraşen və Şahbuz rayonlarında geniş yayılmışdır. Burada “Çöp-çöpü”, “Ləyli xani”, “Hoynare”, “Nənüke”, “Qaz-qazı” və s. yallılar mahnı müşayiəti ilə ifa olunur. Yallılar ilə oxunan mahnılar insanların əmək fəaliyyəti, gündəlik həyatı, cəsurluq və qəhrəmanlığından bəhs edir. Gənclərin özlərinə nişanlı seçmələri, küsüb-barışmaları, xüsusən mahnı müşayiəti ilə ifa olunan yallılarda, yüksək bədii-poetik məziyyətləri saxlamış qoşma və bayatılarla ifadə olunur.»[8.s.8].Bu baxımdan halay və yallıların ifa tərzlərinin poetik cəhətdən yaxınlığı göz önünə gəlir.

Yallını müşayiət edən mahnılar fərdi və xor şəklində icra olunur. Belə yallılarda yallıbaşı mahnının bir bəndini oxuyur, yallı gedənlər isə həmin bəndi, xüsusən onun axırıncı misrasını xorla təkrar edirlər, yaxud yallı gedənlər bu mahnını əvvəldən axıra qədər xorla oxuyurlar. Bu baxımdan kütləvi oyunlarda və rəqslərdə dəstə başçısı adları müxtəlif olmuşdur.Həmin insanlara verilən adlar yallıbaşı, halaybaşı, elbaşı, toybaşı, cəngibaşı və s. adlarla mövcud olmuşdur. Bəzən çalğıçı dəstəsi olmayanda, yallı gedənlər rəqsin melodiyasını sözsüz oxuyaraq onu müşayiət edirlər. Yallıların halaylarla fərqli cəhətlərindən biri də budur. Yallı dəstəsində iştirak edənlərin sayı on nəfərdən yüz nəfərə çatdığı halda, halay dəstəsində bu ifaçıların sayı, iki dəstəyə bölünmüş şəkildə hər dəstədə altı nəfərdən otuz nəfərə kimi müşahidə oluna bilir.

«Yallılar əsasən zurna alətinin müşayiəti altında oynanılır. Zurnaçılar dəstəsi üç nəfərdən ibarət olur:

1. Zurna (solo)

2. Dəm saxlayan-züyçü

3. Çubuq nağara

Lakin maraqlı hallardan biri də odur ki, Şəkidə zurnaçılar dəstəsi öz tərkibinə görə başqa bölgələrdəki dəstələrdən fərqlənir. Burada zurnaçılar dəstəsi dörd nəfərdən ibarət olur:
  1. 1. Zurna (solo) 2. Dəm saxlayan-züyçü

3. Kos (böyük nağara) 4.Bala nağara(kiçik nağara).»[1]

Bu prinsip halaylarda iki halay dəstəsinin təkrarlanan melodik xəttin kəsişmə nöqtəsində iki dəstənin ifası zamanı mövcud olur. Həm halaylarda, həm də yallılarda ölçünün mövcud olması və period şəklində cavab cümlələrindən təşkil olunma, oxşar cəhətlər kimi qeyd oluna bilər. Lakin fərqli cəhətlər yallı və halaylardakı templərdə özünü göstərə bilər. Bu onunla izah olunur ki, halaylar əvvəldən axıra qədər eyni temp üzərində ifa olunur, yallılar isə ifa hərəkətlərindən asılı olaraq temp dəyişiklikləri ilə müşahidə olunur.« Əgər birinci hissə “moderato” tempindədirsə, o zaman ikinci hissə “alleqro” tempində əks olunur. Əgər üç hissəli olarsa, o zaman birinci hissə “andante”- yəni ağır, ikinci hissə “moderato”-mülayim, üçüncü hissə isə “allegro” tez-tez tempində öz əksini tapır.»[6.s.9].

Tədqiqatımızın bu əsaslarda aparılması aşağıdakı müddəaları meydana qətirmişdir:

-Halay rəqs-mahnılarının Azərbaycanın qədim adət-ənənələri ilə bağlı olması;

-Halay rəqs-mahnılarının intonasiya xüsusiyyətlərinin aşıq sənəti ilə bəzi oxşar cəhətlərinin olması;

-Halay rəqs-mahnılarının poetik xüsusiyyətlərinin özünəməxsus bayatı, gəraylı və qoşma şeir növlərində inkişafı;

-Halay rəqs-mahnılarının yallı rəqsləri ilə oxşar və fərqli cəhətləri;

-Halay rəqs-mahnılarının tarixi əhəmiyyəti;

-Halay rəqs-mahnılarının əkin-biçin, toy, bayram, ailə və məişət mövzusunda olan poetik mətnləri özündə birləşdirməsi.

-Halay rəqs-mahnılarının laylalar və beşik nəğmələri ilə oxşarlığı.

Halay rəqs-mahnılarının bu cür tədqiqatı bizim araşdırmamamızın obyekti olaraq heç də bununla bitmir. Bu Halay rəqs-mahnılarının tədqiqatı göstərir ki, halayların araşdırılmasının Azərbaycanda və Azərbaycandan kənarda mövcud olan ölkələrdə də tədqiqinə böyük ehtiyac vardır. Belə düşünmək olar ki, bu tədqiqatın əhəmiyyəti həm də gələcəkdə bu sahədə araşdırma aparan insanların böyük tədqiqat mənbəyidir.