AZƏrbaycanşÜnasliğIN

Вид материалаДокументы

Содержание


Azərbaycan məktəblərində yeni texnologiyalardan istifadənin pedaqoji-psixoloji problemləri
Azərbaycandaki yəhudilər
Подобный материал:
1   ...   15   16   17   18   19   20   21   22   ...   69

Литература
  1. См. об этом: В.Б.Насибов. «Глагольное словообразование в русском и азер­байджанском языках». Моногра­фия. – Баку: Мутарджим, 2008.
  2. Ожегов С.И. «Словарь русского языка». М.: «Русский язык», 1983.
  3. «Азербайджанско-русский словарь» под редакцией Азизбекова Х.А. – Баку: Аз­госиздат, 1985.
  4. «Русско-азербайджанский словарь». I, II, III тт, под редакцией Оруджева А.А. – Баку: Гл. ред. Азерб. Сов. Энциклопедии, 1990-1991 гг.



ХÜLASƏ

Məqalə Azərbaycan danışıq nitqində rus dilindən alınmış sözlərlə yaranan feli tərkiblərin işlənilməsinə həsr olunur. Müəllif bu dil hadisəsinin sosiolin­qvis­tik aspektini izah edir.


SUMMARY

Article is devoted to functioning in the Azerbaijan informal conversations of some verbal formations with the borrowed elements from Russian. The author explains the reasons of it sociolinguistic the phenomena.


Əliyev Ədalət

Əliyev Nizaməddin


AZƏRBAYCAN MƏKTƏBLƏRINDƏ YENI TEXNOLOGIYALARDAN ISTIFADƏNIN PEDAQOJI-PSIXOLOJI PROBLEMLƏRI


1980-ci ildə fərdi kompüterlərin yaradılması ilə tədris fəaliyyəti yeni texnika ilə bərabər yeni didaktik imkanlarla da təmin edilmiş oldu. Çünki, tədris prosesində kompüterin köməyi ilə təsvir edilən qrafiki animasiyalardan istifadə edilməsi informasiya ötürülməsini sürətləndirməklə bərabər, şagirdlərin dərketmə imkanlarını artırır və onların bədii təfəkkürlərini inkişaf etdirir. Kompüterlərin multimediya imkanlarının yaranması hesabına səslənmənin və qrafikanın didaktik imkanlarından istifadə etmək imkanları yaranmışdır. Hipermətn əlaqəsinin yaratmağın mümkünlüyü hesabına bir-biri ilə əlaqəli informasiya masivlərinin birindən digərinə keçmək imkanları lazım olan informasiyaların asan və sürətlə tapılmasına şərait yaratmışdır. Ancaq bu imkanların rellaşdırılması hesabına tədrisdə yüksək nəticələr əldə etmək üçün şagirdlərin informasiya emal etmə qabiliyyətlərini nəzərə almaq lazımdır.

Tədrisin metodları informasiyanın ötürülməsi, öyrədən və öyrənən şəxsin informasiyanı qəbuletmə qabiliyyətləri ilə sıx əlaqəlidir. Ona görə də yeni informasiya texnologiyalarının tədrisə tətbiqi informasiyanın ötürülməsinə və deməli tədrisin metodlarına təsir edir. Bunun nəticəsində tədris materialının dərk edilməsi prosesinə şagirdin dərketmə orqanlarının əksər hissəsi cəlb edilir və tədrisin effektivliyi artır.

Q. Kirmayeru, yazır: interaktiv multimedia texnologiyasının tədrisə tətbiqi onun dərk olunmasını 75%-ə qədər artıra bilər.

Tədris prosesinin kompüterləşdirilməsi şagirdlərə, verilənlər bazasından, biliklər bazasından, elektron arxivlərdən, ensiklapediyalardan lazım olan informasiyaları əldə etməyə imkan verir. Ona görə də tədrisin kompterləşdirilməsində istifadə edilən apparat və proqram təminatlarını təkmilləşdirmək hesabına tədrisin müxtəlif didaktik məqsədlərini reallaşdırmaq olar.

Lakin, tədris prosesinin kompüterləşməsinin pedaqoji - psixoloji problemlərini, müəllim və şagirdlərin psixoloji məxsusiyyətlərini nəzərə almadan keyfiyyətli öyrədici təlim sistemlərini yaratmaq mümkün deyil. Bu amilləri nəzərə almadan yaradılan öyrədici sistemlər müəyyən məhdudiyyətlərə malik olur. Bir çox mütəxəssislərin fikrincə öyrədici sistemini proqram reallaşdırılmasınə sərf olunan zaman ümumi işə sərf olunan zamanın 10- 20 %-ni təşkil edir.

Nəzərə almaq lazımdır ki, kompüterin tədrisə tədbiqi tədris prosesinin bütün aspektlərinə, o cümlədən tədris materialının məzmununa, tədrisin metodlarına və şagirdin motivasiyasına təsir edir. Bütün bunlar effektiv öyrədici sistemlər yaradılan zaman pedaqoji-psixoloji amillərə diqqət yetirməyi tələb edir.

Öyrədici sistemlər vasitəsi ilə şagirdlərin dərketmə imkanlarını intensivləşdirməklə onların malik olduqları yaradıcı potensialı reallaşdırmaq olar. Bu sistemlərdə nəzəri biliyin təsviri üçün istifadə edilən modellər onun yaradıcısı tərəfindən sistemin qurulması prosesində müəyyən edilir. Biliklər bazası tam olmaqla bərabər tədrisin effektivliyini təmin etməlidir. Ona görə də biliyin təsviri modeli seçilən zaman şagird təfəkkürünün strukturu nəzərə alınmalıdır. Biliyin təsviri modelləri bir çox ədəbiyyatlarda şərh edilmişdir. Biliyin təsviri modeli onun təsvir imkanları, sadəliyi və əyaniliyi nəzərə alınaraq seçilir. Bu zaman anlayışların təsviri üçün ierarxik strukturlu modeldən istifadə edilir. Psixoloqların fikrincə şagird təfəkkürünün strukturundakı anlayışlar arasındakı əlaqələr öyrədici təlim sitemlərdə biliyin təsvirindəki əlaqələrlə eynilik təşkil etməlidir.

İnformasiya vasitələrinin cəmiyyətin praktikasında, o cümlədən tədrisdə kütləvi surətdə istifadə olunması "insan - kompüter" sisteminin optimallaşması kimi problemləri də qarşıya qoyur. Bu problemlərin həlli zamanı şagirdlərin, pedaqoqların, metodistlərin təfəkkürünün xarakteristikası və şəxsiyyətinin məxsusiyyətləri kimi insan faktorunun kompanentləri nəzərə alınmalıdır. Şagirdlərin kompüterlə ünsiyyəti insanların bir-biri ilə ünsiyyətinə oxşar şəkildə qurulmalıdır. Yaradılmış öyrədici sistemin interfeysi şagirdə intuitiv aydın olmaqla bərəbər, onun bu ünsiyyəti aydınlaşdıran alt sistemi də olmalıdır. Bu alt sistem elə qurulmalıdır ki, şagirdin tədrisə olan marağını azaltmasın. Qeyd etmək lazımdır ki, şagirdin kompüterlə öyrədici sistem çərçivəsində ünsiyyətinə tədrisin əsas məqsədinə nail olmağın bir vasitəsi kimi baxmaq lazımdır. Ona görə də bu pedaqoji ünsiyyət düzgün qurulmalıdır. Şagirdin kompüterlə ünsiyyətində pedaqoji ünsiyyətin əsas tələblərindən biri olan sosial məsafə gözlənilməlidir. Kompüter şagirdə soyadla yox, adla müraciət etməlidir və «sən» əvəzinə «siz» işlədilməsi daha məqsədəuyğun sayılmalıdır. Kompüter onunla ünsiyyətdə olan şagirdə qarşı ironiyalardan istifadə etməməlidir, çünki, şagird bunu özünə qarşı edilmiş təhqir kimi qiymətləndirər, bununla da onun öyrədici sistem vastəsi ilə tədrisə olan marağı sönmüş olar.

Şagirdin təfəkkürünün, yaddaşının və diqqətinin mənfi qiymətləndirilməsinə də yol vermək olmaz. Bu çatışmamazlıqları «ola bilsin siz bu gün çox yorulmusunuz» və s. kimi yumşaq ifadələrin köməyi ilə onların diqqətinə çatdırmaq lazımdır.

Öyrədici təlim sistemləri elə qurulmalıdır ki, şagirdlə ünsiyyətdə yarana biləcək gözlənilməz vəziyyətlərə o məntiqi reaksiya verə bilsin. Bununla belə qeyd edək ki, hətta ən yüksək səviyyədə hazırlanmış öyrədici sistemlər bu tələblərə tam cavab vermir. Belə vəziyətlərdə öyrədici sistemin məntiqi yumorla cavab verməsi məqsədəuyğundur.

Ünsiyyətin səmərəli olması üçün şagirdə onun bu ünsiyyətlə hansı suallara cavab ala biləcəyini əvvəlcədən başa salmaq lazımdır.

İnformasiya texnolugiyalarının tədrisdə tətbiqi şəraitində şagirdlərin məntiqi təfəkkürünün inkişafını, həmçinin kompüterlə ünsiyyət zamanı meydana çıxan konfliktlər nəticəsində onlarda refleksiv inkişafın aktivləşməsi baş verə bilər. Ona görə də belə bir sual meydana çıxır: təhsilin informatlaşdırılması şagirdlərin təfəkkürünün inkişafına və şəxsiyyətin yetişməsinə təsir edirmi? Aydındır insanlar işdə, dərsdə və məişətdə "kompüterləşdirilmiş ekologiya" ilə əhatə olunmuşdur. Bununla əlaqədar ictimai istehsal sahələrinin, idarəetmənin, elmin, təhsilin və məişətin təkminləşməkdə davam edən hesablama texnikası ilə təmin etməklə bərabər nəzərə almaq lazımdır ki uşaqların kompütelə tanışlığının yaş həddi azalacaq və kompüterin tətbiqi ilə tədrisin səviyyəsi artacaqdır. Buradan alınır ki təhsilin informatlaşmasının uşaqların zehninin inkişafının psixoloji problemini perspektivini nəzərə alaraq öyrənmək lazımdır. Bu nöqteyi nəzərdən informatlaşdırmaya elmi-texniki inqilab şəraitində insanın psixoloji inkişafının bir xətti kimi baxmaq olar.

Deməli, informasiya kommunikasiya texnalogiyalarından istifadə şagirdlərin şüurunun inkişafına təsir edən dönməz və çox vacib faktordur.

Kompüterlərin təhsildə geniş tətbiqi təfəkkür fəaliyyəti qarşısında yüksək tələblər qoymaqla bərabər, şagirdlərin təffəkkürünün inkişafı üçün yeni şərait yaradır. Bu zaman təfəkkürdə hətta şəxsiyyətdə kompüterləşməyə qədər olan dövrdə mümkün olmayan bir aktivlik baş verir.

Bütün bunlar onu göstərir ki bir çox psixoloji və didaktik anlayışlara yenidən baxılmalıdır.


Əlixanlı Ayna


AZƏRBAYCANDAKI YƏHUDILƏR:

MƏSKUNLAŞMA VƏ YERDƏYIŞMƏLƏR


Dünyada yaşayan xalqların yerdəyişməsi və miqrasiyası yeni xalqların yaranmasına və dünyanın etnik coğrafiyasının zənginləşməsinə səbəb olmuşdur. Lakin yəhudilər dünyanın çox nadir xalqlarından biridir ki, özlərinin dil və ərazi kimi əsas etnik əlamətlərini itirməsinə baxmayaraq, müxtəlif xalqlar arasında öz kimliklərini qoruyub saxlaya bildilər. Bu unikallıq alimlər arasında yəhudi xalqının inkişaf tarixi ilə bağlı müxtəlif fikirlərin yaranmasına gətirib çıxarmışdır. Bəzi alimlər bunu yəhudilərin ayrıca xüsusi bir irq olması ilə, digərləri onların Allahın himayəsində olan seçilmiş bir xalq olması ilə, bir başqaları isə bunu onların dini olan İudaizmlə və xarici təsirlərdən doğan icmalılıq xüsusiyyəti ilə bağlayırlar.

Qeyd etmək lazımdır ki, yəhudilik, Babil sürgünündən bu yana milli bir din halına gəlmişdir. Ancaq bu din, tək Tanrıya, vəhyə söykənən müqəddəs kitaba və peyğəmbərlərə yer verməsiylə deyil, milli dinlərdən, milliləşdirilib bir irqə aid edilməsiylə də ilahi dinlərdən fərqli bir vəziyyət göstərməkdədir [1]. Əslində bu günkü yəhudiliyin bir dinmi, irqmi, millətmi olduğu çox açıq deyil. Biz o mövqedə olanlarla razıyıq ki, yəhudilərin başqa xalqların içərisində əriməməsinin başlıca səbəbi yəhudilərin tapındıqları və milli din səviyyəsinə gətirdikləri İudaizm və kanonik mətnlərlə bağlıdır. Təbii ki, onların xarici təsirlərdən qorunmaq, özlərini qorumaq instinktindən yaranan icmalılıq (qettoların yaranması və oradakı qapalı mühit buna gözəl misaldır) xüsusiyyəti də əhəmiyyətli rol oynamışdır. Bu baxımdan Azərbaycanda yaşayan tat yəhudilərinin məskunlaşması ilə bağlı məsələlərin araşdırılması mühüm əhəmiyyət kəsb edir. Bir cəhəti qeyd edək ki, burada yaşayan yəhudilər tat dilində danışmalarına baxmayaraq özlərini digər tat qruplarından fərqləndirərək yəhudi etnosu kimi dərk edirdilər. Baxmayaraq ki, onların digər tat qruplarından fərqi Qaqfqaz tatlarının mühüm araşdırıcılarından biri Millerin də dediyi kimi “ancaq dini əlamətlərə görə idi” [7, 3].

Azərbaycanda müxtəlif adlarla (“dağ yəhudiləri”, “tat cuhudları”, «tat yevreyləri») tanınan yəhudilərin məskunlaşması tarixi ilk orta əsrlərə gedib çıxır. Lakin bu haqda yazılı mənbələr çox azdır. Yazılı mənbələrdə yəhudilərin ilk dəfə Şərqi Qafqaza dəqiq desək, Partavada olması faktı 627-ilə aid edilir. Bu VII əsrdə yaşamış alban tarixçisi Moisey Kalankluya aiddir (3, 39). Orta əsrlərə aid yəhudilərin Azərbaycanda olması faktını XIII əsrin ortalarında Monqolustana qədər səfər etmiş və səyahəti zamanı keçdiyi ərazilər və onların xalqları haqqında qeydlər aparmış Fransalı rahib Vilhelm de Rubruk da təsdiq edir. O öz “qeydlər”ində Dərbənddən cənubda iki günlük məsafədə yerləşən Şabran (Samaron) şəhərində çoxlu yəhudilərin yaşadığı haqqında məlumat verir [4, 25]. Orta əsrlərdə yəhudilərin Azərbaycanın şimal-şərqindən fərqli bölgələrdə, ayrı-ayrı şəhərlərdə yaşaması haqqında məlumatlar vardır. Elxanilər dövründə savadlı adamlara ehtiyacla bağlı yəhudilərin idarəetməyə cəlb edilmələri və hakimiyyətdə bir sıra mühüm vəzifələr tutması faktları vardır. Belə ki, Elxanilər dövründə yəhudi Sədd əd- Dövlə faktiki olaraq Elxanilər dövlətinin xarici və daxili siyasətini idarə edənlərdən biri olmuşdur. Yəhudi mənşəli Mühəzzim əd-Dövlə Təbriz mərkəzi idarəetmə idarəsənin rəhbəri, digər yəhudi Labid ben- Əbu-r-Rabi isə bütün Azərbaycan inzibati idarəetmə sisteminə rəhbərlik etmişdi [8, 14]. Ümumiyyətlə orta əsrlərdə yəhudilər adətən məskunlaşdıqları ərazidə öz icmalarını quraraq yerli əhali ilə eyni yaşayış məntəqəsində yaşayırdılar. Lakin XVIII əsrdən etibarən Azərbaycanda ayrıca yəhudi yaşayış məntəqələri yaranmağa başlayır. Bu barədə Hollandiyalı səyahətçi Nikolas Vitsen özünün 1725- ci ildə Amsterdam şəhərində nəşr etdirdiyi “Şimali və Şərqi Tatarıstan” adlı kitabında da bəhs edir [5, 18].

Azərbaycanda məlum olan yəhudilərin ən qədim və ən iri yaşayış məntəqəsi Qudyal çayının sol sahilində indiki Qubada yaşayan yəhudilər qəsəbəsindən təxminən 3 km yuxarda yerləşən Kulqat adlı yaşayış məntəqəsi olmuşdur. B. Millerin 1929 –cu il məlumatına görə yəhudilər burda 198 il qabaq məskunlaşmışlar. Bu 1731 –ci ilə təsadüf edir. Bu qəsəbənin Nadir şahın zamanında dağıldığı iddia edilir. Quba xanı Hüseynqulu xanın dağ yəhudilərinə xoş niyyətli yaxlaşımı nəticəsində onun hakimiyyətinin ilk illərində Kulqatdan gələn yəhudilər bu gün “Qırmızı qəsəbə” adlanan yəhudi yaşayış məskəninin əsasını qoymuşlar [10, 50-51]. Bu dövrlərdə Azərbaycanda yaranmış ikinci iri yəhudi yaşayış məntəqəsi Şamaxı qəzasında yerləşən Mürcü kəndi sayılırdı. XIX əsrin 70-ci illərində Şamaxı qəzasında yerləşən Mürcü kəndinin əhalisi Göyçay qəzasına köçərək burada Mürcü Həftəran kəndinin əsasını qoymuşlar. Yəhudilərin Azərbaycanın digər bölgələrində, o cümlədən Oğuzda da kompakt şəklində yaşaması məlumdur. Bu haqda M. Bajenov 1894 – cü ildə çap etdirdiyi bir məqaləsində yazırdı ki, dağ yəhudiləri 200 il bundan əvvəl Vartaşendə (Oğuz) məskunlaşaraq, burada 60 bacadan ibarət “cühudlar” adlı məhəllənin əsasını qoymuşlar [16, 33]. Oğuzda yaşayan yəhudi əhalisinin əsas hissəsini İranın Gilyan vilayətindən çıxmışlar təşkil edirdi. Amma onların sayı Zal və Qutqaşenin qonşu aullarında baş vermiş feodal zülmü, İran hücumu və qəsbkarlıqdan əziyyət çəkən yəhudi qaçqınlar hesabına çoxalırdı. Əvvəlcə buradakı yəhudi məskəni bir mülk və ayrıca sloboda kimi formalaşmış, lakin getdikcə böyüyərək qəsəbənin əsas hissəsiylə qovuşmuş və adi bir kvartala çevrilmişdi. XIX əsrdə isə onlar Oğuz yaşayış məntəqəsində yaşayan əhalinin 1/3-ni təşkil edirdi. 1885-ci ildə yəhudilərin sayı burada 2282 nəfər idilər [8, 22].

Yəhudilərin Azərbaycan ərazilərinə haradan gəlmələri və nə vaxt bu torpaqlarda məskunlaşması ilə bağlı araşdırıcılar arasında fərqli fikirlər mövcuddur. Bu, fikirlər arasında ən geniş yayılmışı yəhudilərin bu torpaqlara tatlarla bərabər köçürülməsi haqqındakı mülahizələrdir. Bu versiyanı güclü edən amillərdən biri də Azərbaycanda məskunlaşan Yəhudilərin tatlarla eyni dildə danışması və antropoloji cəhətdən bənzərliyidir. Qafqaz yəhudilərinin bu keyfiyyəti bir çox alimlərə onların bu torpaqlara tatlarla bərabər gəlməsini söyləməyə imkan vermişdi. Mənşəcə yəhudi olan İ.Ş.Anisimov idda edir ki, onların Qafqazlara köçməsinin tarixi haqqında dəqiq məlumat yoxdur. Lakin İranda yerləşərkən tatlarla qaynayıb qarışmış və tatlardan bir qismi onların dinini qəbul etmişdir. Sonralar bu tat - yəhudilərdən bir qismi orta əsrlərdə Qafqazda məskunlaşaraq “dağ yəhudisi və dağ cuhudu” adlanmağa başlamışlar [15, 74]. Dağ yəhudilərinin mühüm araşdırıcılarından biri olan Millerin fikirlərinə görə, yəhudi tat dili kiçik Midiya ərazisində (indiki İran Azərbaycanında) formalaşmışdır. Oradan da onlar Şimali Qafqaza köçərək məskun olmuşlar [7, 5]. Bu fikir Qiyasəddin Qeybullayev tərəfindən də dəstəklənir: “Yəhudilər ilk dəfə İkinci Sarqon (m.ö. 716-cı ildə) tərəfindən Babilistandan Midiyaya sürgün ediliblər. Burada onlar tatlar arasında dillərini itirirlər. Sasanilər çağında quzey sərhədlərini qorumaq üçün tatlar köçürüləndə onların arasında tatca danışan yəhudilər də köçürlər [6, 183]. Qafqaz, İran və Kürdüstan yəhudiləri arasında məşhur olan, itmiş 10 tirə haqqında folklor motivlər də bu mülahizələri gücləndirən arqumentlərdən biridir. Ümumiyyətlə, tatların Azərbaycanın şimal torpaqlarına İranın şimalından, Gilan əyalətindən V-VI əsrlərdə Sasani hökmdarları tərəfindən Şimal sərhədlərinin qorunması üçün köçürülməsi haqqındakı mülahizələr bu problemin araşdırıcılarının böyük əksəriyyəti tərəfindən qəbul olunur.

Yəhudilərin Azərbaycan torpaqlarında məskunlaşmasına toxunan M.H. Baharlı da yəhudilərin bu torpaqlara tatlarla bərabər gəldiyini müdafiə edir, lakin o yəhudilərin Qafqazlara Sasani dövründə deyil, daha əvvəl köçürüldüyünü iddia edərək qeyd edir ki, “Azərbaycan yəhudiləri Assuriya çarları tərəfindən əsir alınmış, əvvəlcə Assuriyada, sonra isə Midiyada məskunlaşmış qədim yəhudilərin qalıqları hesab edilir. Yəhudilər Assuriyada öz qüdrətini itirdikdən sonra e. ə. 720 ci ildə Salmanasar dövründə indiki Azərbaycana, Gürcüstana və Dağıstana köçmüşlər. Azərbaycanda onlar İran hökmranlığı dövründə indi də danışdıqları tat dilini mənimsəyiblər” [12, 28]. Dağ yəhudilərinin araşdırıcılarından biri olan Maqqid də iddia edir ki, onlar Qafqaza xristianlıqdan bir neçə əsr əvvəl köçmüşlər [14, 19].

Başqa bir mülahizə isə Qafqazda yaşayan tatların bir qisminin sonralar Musəviliyi qəbul etməsi ilə bağlayırlar. Dağ Yəhudilərinin tarixinin araşdırıcılarından biri Moisey Bekker belə hesab edir ki, tatların hamısı əvvəllər öz inanclarına görə hamısı atəşpərəst idi. Onların arasında Musəviliyi yayan xəzərlilər və çox ola bilsin ki, Romadan qaçan yəhudilər olmuşdur [8, 15]. Y.M.Aqarunov özünün “Kiçik xalqın böyük taleyi» kitabında linqvist Naftali Anisimova əsaslanaraq yazır ki, bu gün biz səhv etmədən dəqiq vurğulaya bilərik ki, tat yəhudiləri (dağ yəhudiləri) heç də israillərdən (iudeylərdən) törəməyiblər və ümumiyyətlə əvvəllər onların dini “İsraillilərin dini” deyil, Zorastirizm (onlar oda sitayiş edirdilər) dini olub [11, 18]. Tarix Dostəliyev “Şimalı-Şərqi Azərbaycan IX-XV əsrlərdə” adlı əsərində Yəhudilərin Azərbaycanda mənşəyi ilə bağlı, bəzi tədqiqatçılar tərəfindən irəli sürülən Azərbaycan ərazisinə köçürdülən İran mənşəli əhalinin sonradan İudaizmi qəbul etmələri və bunun əsasında Azərbaycanda yəhudi icmasının yaranması haqqındakı versiyanı rədd edərək qeyd edir ki, Yəhudilər dünyanın bir çox məmləkətlərinə səpələndikdən sonra da müxtəlif xalqlar arasında yaşayaraq onların dillərini qəbul etsələr də, dini mənsubiyyətlərini qoruyub saxlaya bildikləri kimi, Azərbaycanda da öz icmalılığını və dini mənsubiyyətini saxlamışlar [9, 235]. Bu mülahizəni güclü edən amillərdən biri də ondan ibarətdir ki, İudaizm özünü missioner din saymır və Missionerliklə İudaizmi qəbul etmə faktları çox azdır.

Maraqlı versiyalardan biri də Sasani hökmdarı I Xosrov tərəfindən 529 –cu ildə məzdəki hərəkatının darmadağın edilməsi ilə bağlıdır. Belə ki, məzdəki hərəkatı yatırıldıqdan sonra İran yəhudi icmasının rəhbəri Mar Zatura məzdəkilələ əməkdaşlığa görə tutulub edam edilir. Məhv olmaq təhlükəsi qarşısında qalan məzdəkilər Azərbaycanın şimalına qaçırlar və onlarla əlaqəsi olan yəhudilər də birlikdə qaçaraq bu torpaqlarda məskunlaşırlar [13, 78].

Yəhudilərin Azərbaycanda məskunlaşması ilə bağlı irəli sürülən mülahizələrdən biri də Qafqazda yaşayan dağ yəhudilərinin xəzərləri öz əcdadları kimi qəbul etmələri ilə bağlıdır [10, 49]. Bu fikri dəstəkləyən Artur Kostler bildirir ki, Qafqazdakı dağ yəhudiləri də Xəzər qalıntıları ola bilər [2, 179]. Y.M.Aqarunov da özünün “Kiçik xalqın böyük taleyi” adlı əsərində Qafqazda olan yəhudilərin əcdadlarını VI əsrdən Dağıstan və Şamaxıya qədər əraziləri zəbt etmiş Xəzərlər olduğu ilə bağlı versiyaya yer ayırmışdır [11, 12-13]. Ancaq Xəzərlərin iudaizmi qəbul etməsi Xəzər xaqanı Bulanın adı ilə bağlıdır. Bulanın [728-741] İudaizmi qəbul etməsi faktı təxminən VIII əsrin otuz - qırxıncı illərinə aid edilir. Belə olduqda dağ yəhudilərinin məskunlaşması yaxud iudaizmi qəbul etməsi faktı VIII əsrin ortalarına təsadüf edir. Bir cəhəti də qeyd edək ki, Xəzərlərin İudaizmi Roma, Bizans yəhudilərindən qəbul etməsi fikri araşdırıcılar arasında üstünlük təşkil edir. Digər tərəfdən, tarixdən məlumdur ki, İudaizm ancaq Xəzər əyanları arasında yayılmış, əyalətlərdə isə bu dinin yayılması müvəffəqiyyət qazana bilməmişdir.

Bundan başqa, Azərbaycanda karaimlərin və krımçakların yaşaması haqqında da mülahizələr mövcuddur. Bu haqda karaimlərə aid XIV əsrə aid yazılı mənbələr məlumat verir. Bekker isə lap irəliyə gedərək hesab edir ki, Karaimlər Azərbaycanda 750 ci ildən yaşamağa başlamışlar [8, 14].

1827 –ci ildən arami dilli laxluxa adlanan Kürdüstan yəhudilərinin də Azərbaycanda məskunlaşması haqqında məlumatlar vardır [8, 14].

Avropa yəhudilərinin Azərbaycanda məskunlaşması prosesi XIX əsrin 30 –cu illərindən etibarən başlamışdır. Azəbaycanın Rusiya tərəfindən işğalı bunun üçün əlverişli zəmin yaratmışdı. Bekker hesab edir ki, Azərbaycanda ilk aşkinaz yəhudi icmalarının yaranması, Rusiyanın qərb bölgələrindən gələnlər 1832 – ci ildə yaratmışlar [8, 14]. Qeyd edək ki, Qafqazın və Azərbaycanın Avropa yəhudiləri isə bir çox cəhətlərinə görə, dağ yəhudilərindən fərqlənirlər. Avropadan və eləcə də Rusiyadan bu əraziyə gələnlər yerli dağ cuhudlarından fərqli olaraq, Avropa və ya Rus cuhudu (yəhudisi) adlanırdı. Avropadan gələn yəhudilər həmçinin idiş dilində danışırdılar. Tarixi mənbələrdən aydın olur ki, tat yəhudilərlə Avropa yəhudilərinin istər dilləri, istərsə də adət-ənənələri bir-birindən xeyli fərqli olmuşdur [15, 77]. XIX əsrdə Cənubi Qafqazda məskunlaşan Avropa mənşəli yəhudilər yerli dağ yəhudilərinə məxsus ibadət evlərinin olmasına baxmayaraq, burada özlərinə yeni ibadət evləri inşa etməyə başladı. Buna səbəb onların fərqli adətlərə malik olması idi. Bütün dünyada olduğu kimi, Azərbaycanda da yəhudiləri İudaist dini və ivrit dili birləşdirirdi. Avropa və yaxud Rusiya yəhudiləri Azərbaycan şəhərlərində (əsasən Bakıda) məskunlaşıb, başlıca olaraq ticarət və sənətkarlıqla məşğul olurdular. XX əsrin əvvəllərində onların sayı 20 min nəfərə qədər idi [12, 29].


ƏDƏBİYYAT

  1. Yahudiligin tarihçesi. acil. net/yahudiliyin tarihçesi.
  2. Arthur Koestler. Onüçüncü Kabile (Hazar İmparatorluğu ve mirası). İstanbul. "Say". 1976
  3. И.Г. Семенов. О ранних контактов восточнокавказских евреев и хазар. Материалы Международного научного симпозиума «Горские Евреи Кавказа». Баку, Елм, 2002
  4. Путешественники об Азербайджане. Том 1, Баку, Издательство АН Азербайджанской ССР, 1961
  5. Горские евреи. История, этнография, культура. Составление В.Дымшица. Йерусалим-Москва. ДААТ// «Знание», 1999
  6. Abdullaev Q.A. K gtnoqenezu azerbaydjanüev, Baku, Glm,1991, 549 s.
  7. Б. Миллер. Таты, их расселение и говоры. Баку, 1929
  8. Моисей Беккер. Евреи Азербайджана: история и современность. Баку, Озан, 2000
  9. Dostiyev T. Şimal-Şərqi Azərbaycan IX-XV əsrlərdə (Quba-Xaçmaz bölgəsinin materialları əsasında tarixi-arxeoloji tədqiqat). B.: Bakı Universitetinin nəşriyyatı, 2001
  10. Y. Abramov. Quba rayonu “Krasnaya Sloboda” qəsəbəısində yaşayan yəhudilərin məskunlaşma tarixinə dair. Материалы Международного научного симпозиума «Горские Евреи Кавказа». Баку, Елм, 2002
  11. Я. М. Агарунов. Большая судьба маленького народа. М.,1993
  12. Vəliyev (Baharlı) Məhəmməd Həsən. Azərbaycan (fiziki-coğrafi, etnoqrafik və iqtisadi oçerk). Bakı 1993
  13. Р.Ф. Сафаров. Об истории возникновение Дагестанской и Ширванской общин йорских евреев. Материалы Международного научного симпозиума «Горские Евреи Кавказа». Баку, Елм, 2002
  14. Маггид Д. Г. Евреи на южных окраинах России. Вып, 1: Евреи на Кавказе (исторический очерк) П г., 1917
  15. Q. C. Cavadov. Azərbaycanın azsaylı xalqları və milli azlıqları (tarix və müasirlik). Bakı, “Elm” nəşriyyatı, 2000
  16. М. Бежанов. Евреи в селе Варташене. СМОМПК вып. XVIII, Тифлис, 1894 с.33